Azklima xəritədə

Azklima

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 50 AZ1052 *** 0 səs

Azklima haqqında

Azklima MMC 2008-ci ildən etibarən Azərbaycan Respublikasında istilik sistemlərinin satışı, quraşdırılması və servisi üzrə ixtisaslaşmış kommersiya şirkətidir. Şirkətimiz son 6 illik fəaliyyəti müddətində bir neçə Avropa və Türk şirkətlərinin Azərbaycanda rəsmi distribyuteri adından çıxış etməyə nail olmuş və bu şirkətlərin məhsullarını Azərbaycan ictimaiyyətində tanıtmışdır. Enerji daşıyıcalrının dünya miqyasında bahalaşması, partnyorlarımızı və bizi qənaətcil və ekoloji təmiz məhsullar nümayiş etdirməyə vadar etdiyindən şirkətimiz daima yeni texnologiyalar axtarışını davam etdirməkdədir. Son illər ölkəmizdə məhsullun qiymətinin istehlakçı üçün əsas aparıcı səbəb olması idxalçıların strategiyasında keyfiyyət və davamlılıq kimi amilləri arxa plana çəkmişdir. Bu tendensiya şirkətimiz və partnyorlarımız tərəfindən yanlış bir addım kimi qiymətləndirilmişdir və nəticə etibarilə keyfiyyət və davamlılığı əsas amil kimi uzun müddətli strategiyamıza daxil etməyi qarşımıza məqsəd qoymağımıza səbəb olmuşdur. Azklima MMC 6 illik fəaliyyəti ərzində bir çox podratçı və sub podratçı şirkətləri ilə daimi əməkdaşlıq münasibətləri qura bilmiş və 100-dən çox mağaza və ticarət obyektlərində məhsullarının satışını reallaşdıra bilmişdir. Partnyorlarımızın reputasiyası və nailiyyəti sağlam biznesin irəliləməsində bizim üçün ən vacib amildir. Məqsədimiz: İstilik sistemlərinin alınması və quraşdırılmasında ən optimal və dürüst həll yollarını müştərilərimizə təqdim etmək və onların tələbatlarına 360° gözlə baxmaqdır.