AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.
AZFEN şirkətinin xidmətləri
- Mühəndislik-Bizim mühəndislik məsələlərinin münasib həlli yollarını təmin edə bilən mütəxəssislər qrupumuz mövcuddur. Bura layihələrin planlaşdırılması və işlənməsi, layihələşdirmə əsasları, texniki-iqtisadi əsaslandırma və başqa mühəndislik xidmətləri daxildir.
- İstehsalat-AZFEN B.M.-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Regionda ən böyük istehsalat sahələrindən birinə, səkkiz basketbol meydançasına bərabər əraziyə malik anbarı, daimi yeməkxana və yaşayış binaları, yükvurma meydançası, istirahət və əyləncə yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları ilə AZFEN geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirmək imkanına malikdir.
- Tikinti-Tikinti sahəsindəki səriştəmizi müqavilə tərəfdaşımız və məsləhətçimiz olan TEKFENin sayəsində əldə edirik. Onun köməyi ilə, laihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq. TEKFEN-in kompleks platformaların, boru xətti sistemlərinin və neft və qaz terminallarının tikintisi sahəsindəki təcrübəsi bizə regionda tiinti işlərində ən etibarlı tərəfdaş kimi nüfuz qazandlrmışdır.
- Quraşdırma-Biz texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölcü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışıq. Şirkətimiz hər layihə üçün müstəqil Keyfiyyətə Nəzarət İşçi Qrupu təyin edir. Bu isə, quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir.
Şirkətin mükafat və sertİfİkatları
- ACG layihəsi Səngəçal Terminalı Genişləndirilməsi Proqramında 30 000 000 adamsaat qəzasız iş nailiyyəti. İyun 2008
- PCWU Layihəsinin təhlükəsiz və yüksək səviyyədə tamamlanması və Layihənin 816 günü ərzində işdə qəzaya yol vermədən 7, 912 476 adamsaat nailiyyəti münasibətilə BP Mükafatı; Sentyabr 2007
- Qərb Marşrutu Layihəsi, layihənin 3 000 000 adam saat işdən bircə gün yayınmaya yol vermədən həyata keçirilməsinə görə mükafat.
- 2000-ci ildə STƏMM üzrə yüksək göstəricilərə nail olunduğu üçün BP Prezidenti tərəfindən təqdim edilmiş mükafat.
- STƏMM üzrə yüksək nailiyyətə görə ATA (AZFEN-TEKFEN-AMEC) İstehsalat Sahəsindəki Təslimetmə İşçi Qrupuna BP Prezidentinin təqdim etdiyi mükafat.
- Çıraq 1 Suvurma Layihəsinin təhlükəsiz tamamlanmasına görə BP Prezidentinin STƏMM üzrə mükafatı.
- İşdə qəzaya yol vermədən 10 000 000 adam saatını üstələməsi münasibətilə Tekfen-Azfen Alyansına BP Prezidentinin STƏMM sahəsindəki yüksək nailiyətə görə təqdim etdiyi.
- Səngəçal Terminalının Genişləndirilməsi Proqramı, işdə qəzaya yol vermədən 25 000 000 adam saatına nail olunması.
- Qeydiyyat sertifikatı; Moody Int. ISO 9001:2008. başa çatma tarixi 13 May 2012.