Azərsun Ticarət və Dağıtım MMC 19.05.2003 tarixindən etibarən fəaliyyət göstərməyə başlamışdır. “Azersun Holding” MMC tərəfindən istehsal olunan bütün ərzaq və təmizlik məhsullarının ticarətini həyata keçirir. Topdan və pərakəndə satış bölgələrinə, Bakı şəhərində və Respublikamızın 12 (on iki ) şəhərinə pərakəndə və nümayəndələr vasitəsi ilə məhsulların topdan satışını təşkil etməkdədir. Azərsun Ticarət və Dağıtım şirkəti ISO 9001:2000 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına laiq görülüb.
Azərsun Ticarət və Dağıtım şirkətinin fəaliyyəti
Müəssisənin əsas fəaliyyət növü ticarətdir. Mühasibatlıq, Planlama, Təftiş şöbəsi, Satış şöbəsi, Təsərrüfat şöbəsi və Respublikamızın müxtəlif rayonlardakı şəhər anbarları (Xaçmaz şəhər anbarı, Sumqayıt şəhər anbarı, İmişli şəhər anbarı, Əli-Bayramlı şəhər anbarı, Cəlilabad şəhər anbarı, Lənkəran şəhər anbarı, Kürdəmir şəhər anbarı, Şəki şəhər anbarı, İsmayıllı şəhər anbarı, Qazax şəhər anbarı, Gəncə şəhər anbarı və Yevlax şəhər anbarı) bu müəssisənin tərkibində fəaliyyət göstərməkdədirlər.
Azərsun Ticarət və Dağıtım şirkəti - Müştəri xidmətləri
Məhsullarımızla bağlı hər növ məlumat, şikayət, təklif və suallarınızı Müştəri Xidmətlərinə bildirə bilərsiniz. Bizimlə əlaqə saxlamaq üçün heç tərəddüd etməyin. Bizim üçün Sizin fikirləriniz çox vacibdir. Hər bir Müştərimiz bizim dostumuzdur və burada Sizinlə əsil dost kimi davranılacaqdır. Şirkətimizin mütəxəssisləri bütün suallarınıza ən qısa zamanda cavab verəcəkdir. Əgər ehtiyac yaranarsa, müraciətinizdən sonra nümayəndələrimiz Sizi ziyarət edəcəkdir.
Azərsun Ticarət və Dağıtım haqqında faydalı informasiya
“Azərsun Ticarət və Dağıtım” olaraq məqsəd və vəzifələrimiz:
- Təkcə fabriklərimizin istehsal etdiyi və distributorluğunu həyata keçirdiyimiz məhsulların istehlakçıya təqdim olunmasını təmin etməklə kifayətlənməmək və bundan başqa müştərilərimizə məsuliyyətlə satış sonrası xidmət de göstərməkdir.
- Məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında müştərilərə, hətta istehlakçıların məlumatlandırılması, istehlakçıların daha asan seçim etmələri üçün mağaza daxili rəf nizam-intizamına diqqət yetirmək, pərakəndə satış qiymətlərinin oxunaqlı şəkildə göstərilməsi, mağaza daxili müxtəlif istehlakçı fəaliyyətlərinin həyata keçirilməsi, satış, nəzarətçi və pərakəndə satış kollektivi vasitəsilə satış sonrası verilən xidmətlərin sadəcə bir qismini təşkil edir.
- Hazırkı dövrdə rəqabət aparan bazar şəraitində məhsulun keyfiyyəti ilə yanaşı, keyfiyyətli xidmətin və bununla yanaşı müştəri məmnuniyyətinin təmin edilməsi işin əsas hissəsini təşkil edir.
- Şirkətdə çalışan işçilər bu prinsiplərlə əməl edərək, müştəri-şirkət əlaqələrinin mütəmadi olaraq yüksək səviyyədə qalmasını təmin edir.
- Müştəriyə və istehlakçıya ən yaxşı xidməti təklif etmənin əsas məqsədlərdən biri olduğunu bilən və müştəri kimi düşünən işçilərimizin, mövcud və gələcəkdəki bazar rəqabəti ilə mübarizə aparması, eyni zamanda sektorun inkişafını dəstəkləməsi üçün mütəmadi olaraq tədrisə böyük əhəmiyyət verən şirkət, yerli və xarici mütəxəssislərin təcrübəsində faydalanır.
- Şirkət olaraq özümüzü yeniləyib inkişaf etdirmə istiqamətində aparılan işlərlə yanaşı əməkdaşlıq etdiyimiz distributorlar, topdan satış və pərakəndə satış obyektlərimizin də inkişafını dəstəkləmək əsas məqsədlərimizdən biridir.
- Bazarı yaxından izləyən şirkət işçilərinin, digər şöbələrə vaxtaşırı məlumatların çatdırılmasında və “Azərsun Holdinq”in daha da inkişaf etməsində böyük xidməti vardır. Fabriklərimiz, Marketinq və Keyfiyyətə Nəzarət departamentlərimiz bu istiqamətdə işbirliyi çərçivəsində əməkdaşlıq etdiyimiz şöbələrimizdir. Bazarımızdakı hər bir yenilik, istehlakçılardan gələn istək və şikayətlər əlaqədar şöbələrə bildirilir.
- Qloballaşan dünyaya inteqrasiya olmaq üçün “Azərsun Ticarət və Dağıtım” şirkəti tərəfindən bu trendlər yaxından müşahidə olunur, yeni hədəflər müəyyən edilərək həyata keçirilir.
- “Azərsun Ticarət və Dağıtım” şirkətinin işçilərinin ən böyük hədəflərindən biri, məhsulların istehlakçılara çatdırılana qədər keçən hər mərhələdə, müasir texnologiyalardan istifadə edərək müasir dünya standartlarına uyğun xidmət etmək və bazardakı liderliyi qorumaqdır.
Azərsun Ticarət və Dağıtım şirkətinin Keyfiyyət siyasəti
Satış və paylama şirkəti olaraq, bazarda xidmət və servis sahəsində lider olmaq, dövlətin qanunvericiliyindəki qarşıya qoyulan tələblərə əməl edərək müştərilərin ehtiyac və istəklərini yerinə yetirmək üçün hədəflərimiz aşağıdakılardır.
- Keyfiyyət idarəçiliyi sisteminə əməl etmək
- Keyfiyyət idarəçiliyi sistemini daim təkmilləşdirmək
- Bütün hallarda keyfiyyəti yüksək səviyyədə saxlamaq
- Müştəri və işçi məmnuniyyətini artırmaq
- Rəqabət şəraitində lider olmaq
- Məhsullarımızı istehlakçılara çatdırmaq
- Keyfiyyətli xidmət göstərmək
- İşçilərin daima inkişafı üçün təhsili və maarifləndirmənin bütün imkanlardan (seminar, kurs) maksimum istifadə etmək
- Müasir marketinqin bütün tələblərini yerinə yetirmək