Azərfarm xəritədə

Azərfarm

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 14 AZ1000 *** 1 səs

Azərfarm haqqında

Əhalinin və müalicə profilaktika müəssisələrinin keyfiyyətli dərman preparatları ilə təchiz edilməsi həmişə olduğu kimi bu gün də səhiyyəmiz qarşısında duran önəmli məsələlərdən biridir.Səhiyyəmizin bu məsələnin həllinə yönəldilmiş apardığı islahatlardan biri də 1998- ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi , Türkiyə əczaçılıq sənayesi şirkətlərinin iştirakı ilə "AzərFarm LTD" təsis edilməsi oldu.

AzərFarm şirkətinin fəaliyyəti

"AzərFarm LTD" əczaçılıq sənayesi müəssisəsi ümumi istehsal və yardımçı sahələri daxil olmaqla 1500 m² tikili sahəni əhatə edir.Şirkətin əsas binasının inşası, təmiri, texnoloji təchizat sisteminin qurulması və texnoloji avadanlıqların alınıb quraşdırılması və s. xarici mütəxəssislərin iştirakı və köməkliyilə müasir dövrün və beynəlxalq GMP standartlarının tələblərinə uyğun aparılmışdır. Şirkətin istehsal şöbəsi steril və qeyri steril dərman formalarının istehsalı məqsədi ilə 2 zonadan ibarətdir.Bu zonaların bütün texniki və texnoloji təchizat sistemi tam fərdidir və ayrı- ayrılıqda fəaliyyət göstərir.Hal-hazırda "AzərFarm LTD "şirkətində müxtəlif farmakoloji qruplardan olan tablet, kapsul, məlhəm, inyeksiya, məhlul və şərbət formalı 70 -ə yaxın dərman preparatları istehsal olunur və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.