Azərboru xəritədə

Azərboru

Sumqayıt, Sülh küçəsi, 1 AZ5000 *** 1 səs

Azərboru haqqında

Azərbaycan Boruyayma Zavodu 1947-ci ildə Sumqayıt şəhərində, Xəzər sahilində yaradılıb və Azərbaycan qara metallurgiyasının pioneri sayılır.1952-ci ilin Yeni il gecəsi zavodun birinci boruyayma aqreqatı “140” işə salınıb. 1957 və 1959-cu illərdə digər yayma maşınları - “250-1” və “250-2” istehsalata buraxılıb. 1954-cü ildə zavodun Marten sobaları ilk poladı istehsal ediblər. 1957-ci ilin iyul ayında blüminq yayma maşını “850” və eyni zamanda boru tədarükü yayma maşını “700” istismara verilib.

Azərbaycan Boruyayma Zavodunun yaradılması

Azərbaycanın ilk polad borusu 1952-ci ildə istehsal edilib. Həmin andan zavodun əsas məhsulu qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular olub.“Azerpipe” MMC Rusiya bazarında fəaliyyətinə 2012-ci ilin dekabr ayında başlamışdır. Bu şirkət “Azərboru” Azərbaycan boruyayma zavodunda istehsal olunan məhsullara müştərilərin getdikcə artan marağına cavab olaraq müəssisənin rəhbərliyi tərəfindən yaradılmışdır.

Bu gün Azerpipe” MMC Rusiya, Ukrayna, Qazaxıstan bazarlarına, habelə Avropa ölkələrinə tikişsiz boru məhsullarını təchiz edən müəssisələr şəbəkəsini təmsil edir. Əlverişli coğrafi mövqeyi, dəmir yolu, avtomobil və su magistrallarının mümkünlüyü, Moskva və Samara vilayətlərində iki anbar kompleksinin olması (20 min tona qədər boru məhsulları ehtiyatı ilə) şirkətə tərəfdaşlarının yüksək keyfiyyətli tikişsiz polad borularına olan tələbatlarını anbar ehtiyatlarından və sifarişlər götürməklə tez və dəqiq təmin etməsinə imkan verir. Bu gün şirkət “Azərboru” zavodunun Ticarət Evidir. BU GÜN Bizim fəaliyyətimizin xüsusiyyəti belədir ki, biz bilavasitə bizim məhsulumuzun son istehlakçılarıyla çalışırıq yəni "Business-to-Business". Bu səbəbdən biz, bizim müştərilərimizin uzunmüddətli inkişaf strategiyalarının öyrənilməsinə xüsusi diqqət ayırırıq ki, sabah istehlakçıya lazım olan məhsulun istehsalına elə bu gündən hazır olaq.

Azərborunun fəaliyyət missiyaları

  • Partnyorluq — Biz öz biznesimizin effektivliyinin və partnyorlarımızın biznesinin artımı üçün etibarlı və uzunmüddətli əlaqələr yaradırıq.
  • Nailiyyətlər — Məhsulun keyfiyyətini və istehsalat göstəricilərini yaxşılaşdıraraq biz Şirkətin etibarını artırırıq.
  • Etibarlılıq — Biz nəyi söz veririksə, onu yerinə yetiririk. Bizim üçün uzunmüddətli əlaqələrin qorunması ani xeyirdən daha əhəmiyyətlidir.
  • Əməkdaşlar — Biz şərait yaradırıq ki, bizim işçilər, inkişaf və əmin-amanlıq nailiyyəti üçün böyük imkanlara malik olsunlar.
  • Məsuliyyət — Biz yaşadığımız cəmiyyəti inkişaf etdirir və bizi əhatə edən mühitə diqqətlə yanaşırıq.
  • Hörmət — Biz müştərilərimizin prinsiplərinə, əməkdaşların inamlarına böyük dəyər verir, işlədiyimiz ölkələrin adət və ənənələrinə hörmətlə yanaşırıq.

Azərboru İnsan resursları siyasəti

Biz qoyulan vəzifələrə uyğun işləyə bilən peşəkarlarla çalışırıq. Müəssisənin işçiləri qoyulmuş vəzifələrin öhdəsindən konstruktiv qaydada, vaxtında və yüksək səviyyədə gəlmək üçün lazımi bilik və təcrübəyə malik olan mütəxəssislərdir. Biz layihələr üzrə apardığımız işi dəqiqliklə hər saat üçün planlaşdırırıq. İş prossesinin təşkilinə riayət edərək, biz qısa vaxt ərzində və iş keyfiyyətinə nəzarət əsasında məhsulu istehsal etmək iqtidarındayıq. Artıq vaxtın sərf olunması nə bizim üçün, nə də istehlakçılar üçün xeyirlidir. Hesab edirik ki, məhz peşəkarlardan ibarət həmrəy və mütəşəkkil heyyət bu cür çətin vəzifələrin öhdəsindən gələ bilər və öz alıcıları ilə birgə bazar iqtisadiyyatının tələblərini yerinə yetirərək, inkişaf edə bilər. Biz regionda ən münasib qiymət, keyfiyyət, vaxt amillərini əks etdirərək zəmanətli boru istehsalını təmin edirik.