Azərbaycan Şəkər İstehsalat Birliyi xəritədə

Azərbaycan Şəkər İstehsalat Birliyi

Sabir Fətəliyev küçəsi, İmişli, 45 AZ1000 *** 1 səs

Azərbaycan Şəkər İstehsalat Birliyi haqqında

İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. İmişli şəhərində 70 hektar ərazidə inşa olunan müəssisəyə ilkin mərhələdə 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Dünya standartlarına cavab verən texnologiyalar ilə təchiz edilmiş İmişli Şəkər Zavodunun layihə və montaj işləri Almaniya, Polşa, Türkiyə və Ukrayna mütəxəssislərinin nəzarəti altında azərbaycanlı mühəndis və montaj heyəti tərəfindən həyata keçirildi.

23 Mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirildi. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı sahələrində fəaliyyət göstərir. Bu gün İmişli Şəkər Zavodu bölgənin inkişafında və sənayeləşməsində mühüm yer tutur.

İmişli Şəkər Zavodunun gündəlik emal gücü 5 min ton şəkər çuğunduru və ya 1800 ton xam şəkərdir. Müəssisə, şəkər çuğunduru və xam şəkəri bir yerdə emal etmək üçün müvafiq texnologiyalarla təchiz edilmişdir. Müəssisənin şəkər çuğunduru ilə təmin edilməsi məqsədilə ətraf rayonlarda şəkər çuğunduru becərilməsi üçün sahibkarlarla iş münasibətləri qurulmuşdur.

Azərbaycan Şəkər İstehsalat Birliyi Misssiyası

2010-cu ildən müəssisənin tərkibində Qarışıq Yem və Bitki Yağları fabriki fəaliyyətə başlamışdır. Müəssisədə, müxtəlif ev heyvanları üçün yem məhsulları istehsal edilir. Damazlıq, südçülük, broyler, yumurta, cücə, bildirçin və balıqçılıq təsərrüfatlarının ehtiyaclarına uyğun məhsul istehsal edilmsi məqsədilə heyvandarlıq təsərrüfatları ilə sıx əməkdaşlıq edilir və məhsulların rasyon tərkibnin təkmilləşdirilməsi istiqamətində daima iş aparılır.

2012-ci ildən müəssisədə Kəllə Qənd fabriki istismara verilmişdir. Kəllə Qənd fabrikində Azərbaycanın ənənəvi şəkər məhsulu olan kəllə qənd istehsal edilir. Müsair istehsal texnologiyalarına əsaslanan müəssisə, kəllə qəndin ənənəvi xüsusiyyətlərinin əldə edilməsi üçün zəruri olan avadanlıqlarla təchiz edilmişdir. Müəssisənin gündəlik məhsuldarlığı 200 ton qablaşdırılmış kəllə qənd məhsuludur.

  • “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC Azərbaycanın kənd təsərrüfatı siyasətinə uyğun olaraq şəkər sektorunu inkişaf etdirmək
  • İstehsala başladığı ilk gündən etibarən istehlakçısının etimadını qazanmağa layiq olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC istehsalçı mövqeyində olmanın verdiyi məsuliyyəti, dərindən anlamaq və şəkərin keyfiyyətini islah etmək, emalını texniki əsaslara görə aparmaq
  • İdarəçilikdə və istehsalatda “əvvəl keyfiyyət” prinsipini izləmək, qaydalara əməl etmək
  • Keyfiyyət idarəçilik sistemi anlayışını bütün işçilərə mənimsətmək və mütəmadi olaraq yaxşılaşdırmanı təmin etmək
  • Standartlara uyğun yüksək keyfiyyətli və təhlükəsiz məhsullar istehsal etmək
  • Gigiyena, ətraf mühit və təhlükəsizlik qaydalarına əməl etmək
  • İşçilərin bilik, bacarıq və təcrübələrini motivasiya və maarifləndirmə yolu ilə artırmaq
  • Məhsuldar və keyfiyyətli şəkər çuğunduru istehsalını təşviq etmək
  • Müştəri məmnuniyyətini təmin etmək
  • İnsana, ətraf mühitə və cəmiyyətə hörmətlə yanaşmaqdır

AŞİB-in məqsədi

Azərbaycanda qurulan bu ilk şəkər zavodu keçən zaman ərzində bölgənin inkişafına böyük təkan vermişdir. Regionda yaşayan çox saylı məcburi köçkün bu zavod ilə iş imkanı əldə etmiş və gəlir səviyyəsi yüksəlmişdir. Bu da öz növbəsində regional iqtisadi aktivliyin daha da artması ilə nəticələnmişdir. Müəssisədə daima ətraf mühitin qorunub saxlanması və abadlaşdırılması üçün iş aparılır.

  • İnkişaf edən bazarın şərtlərinə uyğun olaraq keyfiyyəti, məhsuldarlığı artıraraq sektorda ən böyük və qabaqcıl quruluş olmağa davam etmək.
  • Mövcud olan istehsal həcmini daha da artıraraq şəkər istehsalı ilə yaxşı keyfiyyətimizi daha da mükəmməlləşdirmək və siz dəyərli istehlakçılarımızın məmnunluğunu təmin edən şəkər istehsal etmək hədəfimizdir.