Azərbaycan Dövlət Pedaqoji Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.Bu kollec 1919-cu ildə yaranmışdır.Bundan əvvəlki adı M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür.Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:
- 1919-1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası;
- 1920-1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası;
- 1925-1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası;
- 1926-1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu;
- 1936-1938-ci illərdə — M.Ə.Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu;
- 1938-1963-cü illərdə — M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi;
- 1968-ci ildən — M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi;
- 1991-ci ilin dekabrından — M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu;
- 23 dekabr 1999-cu ildən — M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci;
- 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci.
İxtisaslar
- İbtidai sinif müəllimi;
- Əmək hazırlığı və texnologiya;
- Xarici dil;
- Ailə və ev təhsili;
- Təsviri incəsənət və rəsmxətt;
- İlkin hərbi və fiziki hazırlıq;
- İnformatika;
- Qeyri-Azərbaycan məktəblərində Azərbaycan dili müəllimi.