Azərbaycan Milli Konservatoriyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir.Ali musiqi məktəbi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında fərmanı ilə yaradılıb. Prezident Heydər Əliuyevin 10 avqust 2001 ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncama əsasən Azərbaycan Milli Konservatoriya tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil olmuşdur.Bu sərəncama əsasən Konservatoriyanın rektoru Siyavuş Əşrəf oğlu Kərimi təyin edildi.