Azərbaycan Milli Aerokosmik Agentliyi xəritədə

Azərbaycan Milli Aerokosmik Agentliyi

Bakı, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi, 1 AZ1000 *** 5 səs

Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında

MAKA 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində “Kaspiy” Elmi Mərkəzi kimi fəaliyyət göstərmiş və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1992-ci il tarixli, 580 №-li Fərmanı ilə KTEİB-in bazasında AMAKA yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli, 463 nömrəli Fərmanı ilə AMAKA (sonradan MAKA) Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

Milli Aero Kosmik Agentliyin fəaliyət sahələri

Azərbaycan Milli Aero Kosmik Agentliyin (MAKA) Təcrübi Zavodunda GPS/QLONASS qəbuledicilərinin telematik modullarının istehsalı həyata keçirilməsi planlaşdırılır. Rusiyanın Federal Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində istehsal olunacaq bu modulların Rusiyaya və digər ölkələrə ixracı nəzərdə tutulur. Agentliyin nəzdində ötən əsrin 70-ci illərindən poliqon fəaliyyət göstərir. Sadəcə olaraq, 1988-ci ildən sonra poliqondan lazımi səviyyədə istifadə olunmayıb. Amma fəaliyyət planında poliqonun genişləndirilməsi, bu poliqonun dünya standartlarına uyğun səviyyədə tikilməsi əksini tapıb. Hazırda Nabranda yerləşən poliqonda bizim institutlarımızda hazırlanan maketlər, avadanlıqlar təcrübə sınaqlarından çıxarılır. Həmin poliqonun məqsədi institutlarda elmi əsaslarla yaradılan cihazların MAKA-nın zavodlarında hazırlanmaqla sınaqdan çıxarılmasından ibarətdir. Gələcəkdə bu poliqon daha da genişləndiriləcək. MAKA-nın Mingəçevirdə də sahələri var.MAKA-nın öz milli kosmanavtını hazırlamağa tam hüququ və imkanları var!

Agentliyin əsas fəaliyyət istiqamətləri

  • Kosmik fəzanın öyrənilməsi və kosmosdan yerin təbii ehtiyatlarının tədqiqi sahəsində dövlət siyasətinin yerinə yetirilməsi;
  • Milli aerokosmik proqramların işlənilməsi və yerinə yetirilməsi;
  • Beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi;
  • Kosmik texnologiyaların nailiyyətlərinin Azərbaycan Respublikasının iqtisadiyyat və təhlükəsizliyi sahəsində istifadə edilməsi.

Agentliyin əldə etdiyi əsas elmi nəticələr

  • Aerokosmik məlumatların tematik emalının və təsvirinin proqram-alqoritmik kompleksi işlənilmişdir.
  • Məsafədən zondlama verilənlərindən və Coğrafi Məlumat Sistemləri (CMS)-texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikasının torpaq-bitki və digər təbii obyektləri təsnifat edilmişdir.
  • Azərbaycan Respublikasının ekoloji monitorinqini aparmaq üçün yerüstü və distansion məlumat bazası yaradılmışdır.
  • Təbii-ərazi və sənaye obyektlərinin spektrometrik, meteoroloji və radiasion xarakteristikalarını öyrənmək üçün texniki sistemlər kompleksi işlənilmişdir.

Milli Aerokosmik Agentliyinin tərkibinə daxil olan təşkilatlar

  • Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu (TEKTİ)
  • Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu (ETAİİ)
  • Ekologiya İnstitutu (Eİ)
  • Kosmik Cihazqayırma Təcrübi Zavodu (KCTZ)
  • Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu (KC MKB)
  • Xüsusi Konstruktor Texnoloji Bürosu (XKTB)