AMEA-nın Dendrologiya Institutu xəritədə

AMEA-nın Dendrologiya Institutu

Bakı, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi, 89 AZ1044 *** 1 səs

AMEA-nın Dendrologiya Institutu haqqında

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924-1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası 1926-1936 -cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu 1936-1945 — ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası 1945-1964 -cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası 1964-1966- cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir.

1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyyətinin qərarı ilə Dendrologiya İnstitutu adına laiq görülüb. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir.

Dendrologiya İnstitutunun fəaliyyətinin əsas istiqamətləri

  • Təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun təbii şəraitdə və introduksiyada saxlanılması üçün biomüxtəlifliyinin populyasiya, introduksiya və seleksiya üzrə öyrənilməsi.
  • Azərbaycanda ağac bitkilərinin növdaxili dəyişkənliyinin və populyasiya strukturunun tədqiqatı, regionda növlərin populyasiya əsasında genofondunun saxlanılması və seleksiya işlərinin tərtibatı yolları.
  • Ağac və kolların yeni dekorativ sortların forma müxtəlifliyinin qiymətləndirilməsi.
  • Meşə bitkiləri, təbiət abidələri, bağ-park obyektləri, introdusent növlərin dendroloji və taksasiyalı öyrənilməsi; perspektivli meşə və dendroloji təbiət abidələrinin seçilməsi.
  • Əlverişsiz iqlim amillərinin təsiri və zərərverici həşəratların kütləvi çoxalması ilə əlaqədar olaraq dendroxronoloji tədqiqatlar; əsas meşə əmələ gətirən cinslərin yaşlı nüsxələrinin seçimi.
  • Meşə, şəhər və meşə-park landşaflarının tərtibatı üçün ağac və kol cinsləri assortimentinin seçimi.

Tədqiqat işləri 8 laboratoriyada aparılacaqdır. Buraya əsasən ağac biologiyasının bir çox aspektləri, fundamental tədqiqatlar, o cümlədən məlum olmayan proses və münasibətlərin analizi, təsviri daxildir.

I. Dendrologiya şöbəsi

  • Bitkilərin İntroduksiyası laboratoriyası-Respublikada iqlim şəraiti üçün ağac və kol növlərinin uyğunlaşdırılması. — Azərbaycanın çöl zonasında ağac bitkilərinin introduksiya təcrübəsinin təhlili; ex situ ağac bitkilərinin nadir və məhv olmuş növlərinin saxlanılması; Bəzək memarlığı laboratoriyası Laboratoriyanın əsas elmi fəaliyyəti–meşə əkinləri, şəhər və meşə-park landşaftları üçün ağac-kol cinsləri assortimentinin formalaşması, regionda ağac bitkilərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi və müasir introduksiya və kolleksiyanın tərtibatı;
  • Herbari və toxumçuluq laboratoriyası– herbarilərin toplanmasi; toxumların uzunmüddətli saxlanılması və kriokonservləşdirilməsi. çiçəkləmə və meyvə vermənin hormonal stimulyasiyası, yüksək keyfiyyətli toxumların istehsalı.
  • Bitki ekologiyası laboratoriyası– biotik və abiotik amillərin ağacların böyüməsinə, inkşafına və sağlamlığına təsiri; sənaye çirkləndiricilərinin ağaclara təsir mexanizmi; ağacın genetik və ekoloji aspektlərinin öyrənilməsi; ağac sağlamlığının dendroxronoloji qiymətləndirilməsi; ekzotların təbiiləşməsində yerli bitki qruplaşmalarının transformasiyası ilə bağlı olan ağac bitkilərinin introduksiyasının gələcəkdə ekoloji nəticələrinin qiymətləndirilməsi;
  • Dendroxronologiya laboratoriyası– təbii və mədəni florada cinslərin taksonomiyası; məhv olmaq təhlükəsində olan və nadir növlərin populyasiyalarında baş verən proseslər; mübahisəli taksonların taksonomik ranqının biometrik analizi; taksonların təbii diapazonlarında coğrafi variasiyaları; ayrıca regionların dendroflorasının xronoloji təsviri.
  • Bitki mühafizəsi laboratoriyası– Mühit amillərinin təsiri və zərərverici həşəratların kütləvi çoxalması ilə əlaqədar olaraq arboxronoloji tədqiqatlar; ağacın ciddi xəstəliklərinə səbəb olan orqanizmlərin patogenliyinin təyini.
  • Dendrari təcrübə sahəsi-Dünya və Azərbaycan florasında təbii və mədəni şəraitdə becərilən ağac kol bitkilərinin Abşeron şəraitində adaptasiyası, təsərüfat əhəmiyyətli və sənayenin müxtəlif sahələrində istifadəsi, ekoturizmin inkişafı.

II. Sənaye əhəmiyyətli bitkilər şöbəsi

  • Efir yağlı bitkilər laboratoriyası- Azərbaycan florasında təbii və mədəni şəraitdə becərilən ağac kol bitkilərindən təsərüfat əhəmiyyətli bitkilərin seçilməsi, qruplaşdırılması, ariallarının, bioloji məhsuldarlığını təyini və sənayenin müxtəlif sahələrində istifadəsi üçün təkliflərin hazırlanması və istehsalata tətbiqi.
  • Fitokimya və tibbi botanika laboratoriyası- bioloji ehtiyatların artırılması və fitoterapiyanın inkşafına istiqamətlənmişdir. - Ekoloji pressinq şəraitində əhalinin sağlamlığının qorunması üçün Azərbaycanın bitki ehtiyatlarının mobilizasiyası: - Dərman bitkilərinin introduksiyası; - Azərbaycan florasından yeni növlərin, bioloji aktiv maddələrin qiymətli introdusentlərin seçimi dərman bitkilərinin xammal bazasının zənginləşmə perspektivlərinin öyrənilməsi; - Dərman bitkilərinin morfoloji və biokimyəvi əlamətlərinin növ dəyişkənliyinin tədqiqatı; fitokimyəvi skrininqi, onların kompleks və səmərəli istifadə imkanlarının öyrənilməsi; - Xüsusi mənşəli yeni vitamin və müalicəvi-profilaktik məhsulların alınması və istifadəsi.