Azərbaycan Jurnalistlər Şəbəkəsi xəritədə

Azərbaycan Jurnalistlər Şəbəkəsi

Bakı AZ1000 *** 1 səs

Azərbaycan Jurnalistlər Şəbəkəsi haqqında

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” (AJŞ) ictimai birliyi 2012-ci ildə təsis olunub. Birliyin məqsədi Azərbaycanda  etik və obyektiv jurnalistika standartlarının yüksəldilməsinə dəstək olmaqdır. AJŞ – jurnalistlərin  peşə bilik və bacarıqlarının artırılması üçün müxtəlif  təlim proqramları və tədbirlər  təşkil edir. Eyni zamanda ölkədə və dünyada jurnalistlər üçün təşkil olunan seminarlar, təhsil imkanları və vakansiyalar  barədə məlumatlar  yayır. AJŞ – Azərbaycan jurnalistikasının peşəkarlıq səviyyəsinin müasir standartlara çatdırılması üçün yerli və beynəlxalq media təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıdır. O cümlədən birlik yerli və xarici jurnalistlər arasında əməkdaşlıq formalaşdıracaq və onların şəbəkələşməsinə töhvə verəcək.