Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi — Azərbaycanda ali hərbi təhsil ocağıdır. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin fərmanı ilə məktəb Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır.
1939-cu ilin noyabr ayında SSRİ xalq müdafiə komisarının əmri əsasında Qroznı şəhərində Qroznı Hərbi Piyada Məktəbinin yaradılması göstərişi oldu. Bu günkü Azərbaycan Ali Hərbi Məktəbi öz yaranma tarixini həmin andan davam etdirir.Məktəb yarandığı ilk günlərdən böyük çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində olmuşdur. Xüsusi ilə bu çətinliklərin əsası maddi-texniki tə’minatla əlaqədar idi. Kursantların dərslərinin və müstəqil hazırlığının keçirilməsi üçün sinif və auditoriyalar çatışmırdı. Atəş poliqonu çox primitiv şəkildə quraşdırılmış və atəş hazırlığından çalışmaların yerinə yetirilməsini tə’min etmirdi. Bütün bu çətinliklərə baxmayaraq 1 yanvar 1940-cı ildən məktəb tədris proqramını yerinə yetirməyə başladı.
İlk aylarda kursantlar proqram üzrə müxtəlif müddətlə hazırlanırdılar. Hərbi hissələrdən məktəbə daxil olanlar bir illik proqramla, hərbi komisarlıqdan gələn mülki gənclər iki illik proqramla hazırlanırdılar. 1940-cı ilin martından bütün məktəb iki illik hazırlanma proqramına keçdi. Zabitlərin hazırlığı əvvəlcə iki peşə üzrə gedirdi:
1941-ci ildə məktəbin ştatı böyüdü və kursantlar üç peşə üzrə hazırlanmağa başlandı:
Azərbaycan xalqı öz müstəqilliyini qazandıqdan sonra yeni yaranmış Silahlı Qüvvələrin ilk zabit və əsgərləri 1991-ci il dekabrın 8-də şəhidlər xiyabanında bir-birinin ardınca qara mərmər lövhələrdə əbədiləşmiş yurddaşlarımızla üzbə-üz dayanıb onların başladıqları işə, vətənə, torpağa sadiq qalacaqlarına, nəyin bahasına olursa-olsun düşmənə aman verməyəcəklərinə and içdilər.1939-cu ilin 31 dekabrından fəaliyyət göstərən, Sovet İttifaqının quru qoşunları üçün zabit kadrları yetişdirən Bakı Ali Hərbi Məktəbinin əsasında yaranan milli hərbi məktəbimiz, xalqımızın azadlıq və müsdəqillik uğrunda mübarizəsinin məntiqi nəticələrinin bəhrəsi kimi elə ilk günlərdən dövlətimizin müdafiə və təhlükəsizlik fəaliyyətinə xidmət etmişdir.
1992-ci ilin aprel ayından məktəb Azəraycan Respublikasının hüquqi tabeliyinə keçirilmişdir. Motoatıcı qoşunlar üçün zabitlərdən başqa məktəbimiz on üç peşə üzrə zabitlər hazırlamağa başlamışdır.Elə yaranan ildən yeniləşən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində, Müsdəqil Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak etmişlər.