Azərbaycan Kooperasiya Universiteti xəritədə

Azərbaycan Kooperasiya Universiteti

Bakı, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 8B AZ1000 *** 1 səs

Azərbaycan Kooperasiya Universiteti haqqında

Azərbaycan Kooperasiya Universiteti ali təhsilin bütün səviyyələri üzrə geniş profilli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatları aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.Azərbaycan Kooperasiya İnstitutu müstəqil dövlət ali təhsil müəssisəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitutu Bakı filialının bazası əsasında yaradılmışdı. Azərbaycan Kooperasiya İnstitutu respublikada yeganə dövlət ali təhsil müəssisəsi idi ki, dövlət büdcəsindən deyil, təsisçisi olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı-Azərittifaq tərəfindən maliyyələşdirilirdi.
2000-ci ildə ali məktəbin adı Azərbaycan Kooperasiya Universiteti adlandırıldı.

Universitetin fəaliyyəti

Əgər ali məktəb əvvələr əsasən kooperasiya sistemi üçün kadrlar hazırlayırdısa, hazırda respublika iqtisadiyyatının bir çox digər sahələri üçün də genişprofilli, yüksəkixtisaslı mütəxəssislər yetişdirir.Universitetdə mütəxəssis hazırlığı ilə 400 nəfərdən ibarət professor-müəllim hey’əti məşğul olur. Onlardan 6 nəfəri professor, 160 nəfəri elmlər namizədi, dosent və 32 nəfəri baş müəllim və assistentdir. Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökümətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq "Ticarətin iqtisadiyyatı və "Əmtəəşünaslıq" ixtisasları üzrə tələbə qəbulu aparılmışdır.

Fakültələr

  • İqtisadiyyat fakültəsi
  • Maliyyə fakültəsi
  • Dünya İqtisadiyyatı və Kommersiya fakültəsi
  • İdarəetmə fakültəsi
  • Ekspertiza və Texnologiya fakültəsi
  • Marketinq və Menecment fakültəsi
  • Mühasibat uçotu və Sənayenin təşkili fakültəsi
  • Pedeqoji fakültə

Azərbaycan Kooperasiay Universiteti MDB üzvü olan ölkələrin kooperativ ali təhsil müəssisələri, eləcə də ABŞ, AFR, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynalxalq Marketinq İnstitutunun "Qran-pri" mükafatına layiq görülmüşdür.2009-cu ildə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra 21 yanvar 2011-ci il tarixdə Respublikası Nazirlər Kabineti tərəfindən "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq olunması ilə əlaqədar olaraq Azərbaycan Kooperasiya Universitetinin yeni Nizamnaməsi qəbul edilərərk 7 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.