Azərbaycan Banklar Assosiasiyası 29 mart 1990-cı il tarixində on kommersiya bank (Universal, İnkişaf Bankı, Şərq Bank, Toğrul Bank, Xəzri, Azdəmiryolbank, Deka-Bank, Azərnəqliyyat Bank, Azman Bank, Bakkoopbank) tərəfindən təsisi edilmiş və “Azərbaycan Kommersiya və Kooperativ Banklar Assosiasiyası” adı altında qeydiyyatdan keçmişdir. 1999-cu ildən Assosiasiya indiki adı altında fəaliyyət göstərir.
Assosiasiyanın missiyası (əsas məqsədi) ölkə ərazisin¬də fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının ortaq maraqla¬rını dövlət və qeyri-dövlət qurumlarında təmsil və müdafiə etməkdən və üzv-təşkilatların özünüidarə prinsipi əsasında dinamik inkişafına effektiv yardım göstərməkdən ibarətdir.Assosiasiya öz fəaliyyətini üzvlərinin bir-birinə qarşılıqlı köməyi və inamı, eləcə də qanunun aliliyi, şəffaflıq, korporativ idarəetmə, könüllülük və bərabərlik prinsipləri əsasında həyata keçirir.