Azər-Türk Medikal Hospital xəritədə

Azər-Türk Medikal Hospital

Bakı, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17B AZ1000 *** 3 səs

Azər-Türk Medikal Hospital haqqında

Azər Türk Med Hospital 09.04.2014 cü il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 080977 saylı lisenziyasını almış və 09.04.2014-cü il tarixindən fəaliyyətə başlamışdır.Klinika olaraq şüarımız “ Keyfiyyətli müalicə , məmnun xəstə” olmaqla yanaşı , qiymətlərimizin bütün sosial təbəqələrə əlverişli olması üçün çalışmışıq, həmçinin daima güzəştlər də reallaşdırırıq.Klinikamızın ümumi sahəsi 1200 kv.m olub, iki mərtəbədən ibarətdir.

Azər Türk Med Hospitalın xidmətləri

Klinikada ən müasir texniki avadanlıqlarla təchiz olunmuş Fizioterapiya və Reabilitasiya, Stomatologiya, Endokrinologiya,Terapiya, Kardiologiya, Pediatriya, Kosmetologiya, Dermatologiya, Psixiatriya, Nevrologiya, Otorinolarinqologiya şöbələri fəaliyyət göstərir. Həmçinin Laboratoriya,Rentgenologiya və Ultrasəs müayinəsi də sizin xidmətinizdədir.Cərrahi şöbədə ümumi, laporaskopik, plastik cərrahiyyə, qulaq-burun-boğaz cərrahiyyəsi əməliyyatları aparılır. Azər Türk Med Hospitalda Azərbaycan, Rusiya və Türkiyədə təhsil almış həkimlər müasir texniki cihazlarla təchiz olunmuş şöbələrdə müvafiq tibbi yardım göstərirlər.