“Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir. Bundan əlavə şirkət elektrik stansiyaları,yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edir."Azenco" şirkəti geoloji tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirir və bu işlərin həyata keçirilməsi üçün müasir avadanlıqla təchiz edilmiş elmi-tədqiqat laboratoriyalarına sahibdir. Şirkət dünaynın ən məşhur şirkətlərinin istehsalı olan 1500-dən artıq xüsusi təyinatlı texniki vasitələrə malikdir. Ümumi kadr heyətinin sayı isə 5000-dən artıqdır.
Şirkətin xidmətləri üzrə əsas sifarişlər ölkənin öndə gedən sənaye istehsal şirkətləri tərəfindən təmin olunur. Əsas müştəri siyahısına ölkənin enerji sektorunun əsas üzvləri olan "Azərenerji" ASC, ARDNŞ, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi və İstehsalçılar Birliyinin 43 regional podratçısı və bir çox özəl şirkətlər daxildir. “Sumqayıt Texnologiyaları Parkı" "Azenco" ASC-nin əsas təchizatçılarından biridir."Azenco" şirkəti həmçinin "Sumqayıt Elektrik Stansiyası"nın tikintisi layihəsində "SIEMENS" şirkətinin əsas yerli podratçısı, “Şimal-2” elektrik stansiyasının tikintisində “Mitsubishi Heavy Industries” , “ABB” və “Alstom” şirkətlərinin yerli podratçısı və “Cənub Elektrik stansiyasının tikintisində "General Electric" şirkətinin yerli podratçısı kimi çıxış etmişdir. Baş podratçı qismində "Azenco" şirkəti Azərbaycanda müxtəlif gücdə 7 modul tipli elektrik stansiyalarının tikintisini həyata keçirmişdir. Bu stansiyaların əsas avadanlıqlarının təchizatçısı Finlandiyanın "Wartsila" şirkəti olunmuşdur.