Azdent xəritədə

Azdent

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 66 AZ1141 *** 2 səs

Azdent haqqında

“Azdent” klinikası: yeni stomatologiya texnologiyaları dünyasına xoş gəlmisiniz! 15 ildən yuxarı iş təcrübəsi; Yalnız ən yeni avadanlıq və yüksək professionallığa malik mütəxəssisləri; Keyfiyyətli servisi və maksimal komfortlu interyeri. Olan “Azdent” klinikası estetik stomatologiya sahəsində bəşər övladının icad etdiyi ən yaxşı yenilikləri Sizə təklif etməyə hazırdır. Biz Bakının mərkəzində yerləşən klinikamızda Sizi görməyə çox şadıq. Biz öz təbəssümünün sağlamlığı və gözəlliyi qayğısına qalan hər bir müştərimizi alqışlayırıq!

Azdent klinikasının fəaliyyəti

Ölkənin ən yaxşı mütəxəssislərindən təşkil edilmiş klinikamızın ixtisaslı personalı sadəcə keyfiyyətli şəkildə iş yerinə yetirmir. Biz sənət inciləri yaradırıq! Yaradıcı və estetik düşüncənin doğurduğu möcüzələri həyata keçiririk! Bütün bu işlərdə bizim mütəxəssislərin yardımına onların hər birinin şəxsi təcrübəsi, kifayət qədər zəngin bilik baqajı çatır. Üstəlik də xarici ölkələrin ən yaxşı klinikalarında keçmiş iş təcrübəsi və həkim səhvini istisna edən birgə və kollektiv iş. Klinikamızda çalışan hər bir mütəxəssis öz işinin ustasıdır, həkim və ya texnik olmasından asılı olmayaraq öz qəlbinin çağırışı ilə bu işlə məşğul olan adamdır. Hər bir mütəxəssisimizin gördüyü iş yalnız ən yüksək səviyyədə olur. Belə işlərə uzun illər boyu zəmanət verilir.

Azdent klinikasının xidmətləri

Stomatologiya sahəsində ən yeni araşdırmalar, tədqiqatlar və kəşflər bizim klinikanın gündəlik işində öz əksini tapır. Həkim manipulyasiyaları zamanı isə ən müasir və yüksək dəqiqliyə malik avadanlıqdan istifadə edilir. Biz “Azdent” stomatoloji klinikasındakı işin səviyyəsinin ən yüksək beynəlxalq tələblərə cavab verməsindən, mütəxəssislərimizin isə ustalığını təsdiq edən beynəlxalq sertifikatlara malik olmalarından şərəf duyuruq. Pasiyentlərin tam fiziki və psixoloji rahatlığı üçün klinikamızda hər bir şey ən kiçik xırdalıqlara qədər nəzərə alınmışdır. Klinikada tətbiq edilən müalicə prosesinin idarəedilməsinin avtomatlaşdırılmış sistemi hər bir pasiyent üçün məqbul fərdi gəlmək qrafiklərini tərtib etməyə imkan verir. Belə qrafik sisteminin tətbiqi növbələrdə vaxt itkisi zərurətini aradan qaldırır.

“Azdent” klinikasının tibb və xidmət personalı tərəfindən pasiyentlərə göstərilən səmimi və diqqətli münasibəti, onların psixoloji və stress vəziyyətlərində həm böyüklərə, həm də uşaqlara yardımın əsasları ilə tanış olmalarından qaynaqlanır. Klinikamızın əməkdaşlarının xarici dilləri bilmələri, onların əcnəbi vətəndaşlarla da eyni keyfiyyətdə işləməyə imkan verir. Klinika daxilində mövcud olan interyer isə pasiyentlərimizin “Azdent”də olduqları ilk dəqiqələrdən onlarda rahatlıq və gərginliklərinin azalması hisslərinin yaranmasına səbəb olur. Bizim klinikada hər bir pasiyentə özəl yanaşma prinsipi mövcuddur. Və hər bir pasiyent klinikamızda özünü xüsusi diqqət dairəsində hiss edəcəkdir. Mən əminəm ki, bizim komanda ilə tanışlıq Sizə yalnız müsbət emosiyalar bəxş edəcəkdir!