Azbentonit zavodu xəritədə

Azbentonit zavodu

Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu, Xırdalan, 13 AZ 0100 *** 5 səs

Azbentonit zavodu haqqında

“Azbentonit” MMC öz fəaliyyətinə 2004-cü ildə dövlət başçısı Cənab Prezident İ. Əliyevin də iştirak etdiyi rəsmi açılış mərasimindən sonra başlamışdır. Müəssisənin yaradılmasında əsas məqsəd respublikamızın mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif təyinatlı materialların istehsalını təşkil etməkdən ibarətdir. Bu məqsədlə ilk öncə müəssisənin çevik idarəetmə strukturu yaradılmış, bütün aparıcı sahələr üzrə yüksək ixtisaslı kadrlar seçilib yerləşdirilmiş və ən əsası bütün texniki qərarların qəbulu prinsipi əsas götürülmüşdür. Zavodun strukturunda elmi-istehsalat şöbəsi və onun elmi-tədqiqat bazası olaraq güclü müasir və demək olar ki, kifayət qədər universal mərkəzi-sınaq laboratoriyası yaradılmışdır. Azərbaycanda ilk dəfə olaraq Azbentonit zavodu tərəfindən aşağıdakıların istehsalı və yüksək səviyyədə qablaşdırılması işi təmin olunmuşdur:

  • müxtəlif təyinatlı bentonit tozu
  • Rusiya klinkeri və yerli mineral aktiv əlavələr əsasında müxtəlif markalı portland sementi
  • gips
  • kalsit
  • 40-dan çox boya məhsulları
  • quru inşaat qarışıqları
  • gips məhsulları
  • kafel-metlax yapışdırıcıları
  • özüyayılan
  • hidroizolyasion
  • istilikizolyasion
  • hörgü və suvaq qarışıqları
  • dekorativ suvaq qarışıqları
  • əhəngin və söndürülmüş əhəng
  • dekstrin

Azbentonit quru inşaat qarışıqları zavodunun məhsulları

  • Sement məhsulları "UNİVERSAL"
  • Keramika yapışdırıcıları “FİBER” - Kafel və metlax yapişdiricisi
  • Gips əsaslı məhsullar “GİPER”
  • Aralıq doldurucuları “SERDOL”
  • Hazır təmir qarışıqları “DekoStone”
  • Xammal məhsulları
  • Boya məhsulları "Bento"
  • Hidro İzolyasiya məhsulları "İZObar"

Quru inşaat qarışıqları Azbentonit zavodunda

Hazırda zavodun məhsuldarlığına, eləcə də təyinatına və prinsipinə görə fərqlənən 15 texnoloji xəttdə əlavə olaraq ən müxtəlif məqsədlər üçün qarışıq tozların, odadavamlı mertel tozlarının, polimer sənayesi üçün mineral toz əlavələrinin istehsalı planlaşdırılır. Yeni iş yerlərinin açılması ilə bağlı dövlət proqramına uyğun olaraq müəssisədə yeni istehsal sahələrinin təşkili işi mütəmadi olaraq davam etdirilir. Bütün bunlarla yanaşı müəssisədə işləyən işçilərin sosial problemlərinin həlli, istirahətlərinin səmərəli təşkili üçün, eləcə də əməyin təhlükəsizliyi və mühavizəsi, ətraf mühitin qorunması ilə əlaqədar kompleks tədbirlər planı hazırlanıb həyata keçirilir. Müəssisə yeməkxana və bufet, mükəmməl idman kompleksi, trenajyor zalı ilə təmin olunmuş, işçilərin xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması təşkil edilmişdir.