Az Keramzit xəritədə

Az Keramzit

Bakı, Xətai rayonu, Xocalı prospekti, 25 AZ1000 *** 0 səs

Az Keramzit haqqında

Keramzitin nə olduğunu anlamaq üçün, ilk növbədə bizə onun tərkibini və istehsal xüsusiyyətlərini öyrənmək lazımdır.  Keramzitin istehsalı üçün əsas xammal gildir. Onun tərkibi və keyfiyyət xüsusiyyətləri  bir çox halda istehsal edilmiş keramzitin  keyfiyyətini də müəyyən edir. Biz öz istehsalımızda unikal yataqda çıxarılan  xüsusi gildən istifadə edirik. Yüksəkkeyfiyyətli xammaldan və orijinal emal texnologiyasından istifadə sayəsində biz Rusiya üçün rekord olan keramzitin tökmə sıxlığına dair göstəricilər əldə etmişik (400 mq/m3-dən 160 mq/m3 qədər.). Məlum olduğu kimi yüngüldürsə demə istidir. Axı keramzitin yüngüllüyü hər qranulun içərisində hava məsamələrinin olması ilə təmin edilir, belə ki bu hava məsamələri belə keramziti yaxşı istilik izolyasiya xüsusiyyətləri ilə təmin edir.

Az Keramzit - Keramzitin istehsalı

Zavoda daxil olan gil konusa yığılır, buradan da o buldozerlərlə toplanaraq sexə verilir. Məhz burada gilin bir neçə mərhələdən ibarət olan emal prosesi başlayır:

  • Gilyumşaldan maşında üyüdülmə
  • Gilin daşayırıcı xırdalayıcılarda təmizlənməsi
  • Gilin dəlikli xırdalayıcılarda kəsimi
  • Gilin 10000C yüksək temperaturda bişirildiyi fırlanan sobaya ötürülməsi.
  • Əldə edilmiş qranulların soyuducu kamerada soyudulması
  • Keramzitin fraksiyaya çeşidləndiyi vibroələyə ötürülməsi.

Nəticədə biz müxtəlif ölçülü yüngül gil qranulları əldə edirik: 0-2 mm, 2-5mm, 5-10mm, 10-20mm və 20-40mm.