Axiom Solutions xəritədə

Axiom Solutions

Bakı, Nərimanov rayonu, Ziya Bünyatov küçəsi, 90 AZ1000 *** 2 səs

Axiom Solutions haqqında

Axiom şirkətinin təqdim etdiyi izləmə sistemi avtomobillərə 24 saat ərzində istənilən yerdən nəzarət etmək imkanı verir. GPS və GSM texnologiyaları üzərində qurulmuş sistem avtomobilin yerini, sürətini, müxtəlif göstəricilərini real vaxt rejimində göstərir və arxivləşdirir, həmçinin arzuolunmaz hallar zamanı məlumatlandırmanı təmin edir.
Nəqliyyat vasitəsinə xüsusi GPS cihazı quraşdırılır.Cihaz GPS siqnallarını və avtomobilin göstəricilərini toplayır.GPS cihazı məlumatları GSM şəbəkəsi vasitəsilə mərkəzə ötürür.GPS mərkəzində toplanmış məlumatları müştəri Internet vasitəsilə əldə edir.

Axiom Solutions-la imkan və həllər:

  • Avtomobilin işində yaranan qayda pozuntuları haqqında dərhal məlumatlandırma
  • Yollarda və risk yaradan ərazilərdə təhlükəni minimallaşdırmaq üçün sürət həddinin təyini
  • Daşınan qidanın sağlam qalması üçün vacib olan temperatur və rütubətə nəzarət
  • Avtomobilinin koordinatlarına nəzarət, pasient haqda məlumatların sürətli istifadəsi
  • Marşrutların xəritə üzərində göstərilməsi və avtomobillərin ərazi üzrə bölüşdürülməsi
  • Vaxt, yanacaq və avtomobillərin texniki xidmət xərclərinə qənaət etmək imkanı
  • Yüklərin doldurulma, daşınma və nəzərdə tutulmayan yerlərdə saxlanma vaxtının təyini