Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi xəritədə

Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 AZ1029 *** 2 səs

Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi haqqında

1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin “Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi” yaradılmışdır.1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması

  • “Fergüsson” tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının;
  • polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının;
  • “İzot” və “Fenot” elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin
  • mənimsənilməsinə imkan yaratmışdır.
  • 2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.

Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsinin fəaliyyəti

Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi xüsusi təyinatlı məhsulların və qeyri-standart avadanlıqların layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış müəssisədir. Müəssisənin istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • qeyri-standart avadanlıqların layihələndirilməsi və istehsalı;
  • avtomatik xətlərin layihələndirilməsi və istehsalı, çoxpilləli reduktorlar, ştamplar, presformalar, kənd təsərrüfatı və yeyinti sənayesi üçün avadanlıqlar, ehtiyat hissələrinin istehsalı və s.

Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsinin məhsulları

  • Xüsusi təyinatlı məhsullar-Proqram üzrə
  • Mülki təyinatlı məhsullar-Maşınqayırma sənayesi məhsulları və qeyri-standart avadanlıqlar