Avromed Company xəritədə

Avromed Company

Bakı, Nizami Abdullayev küçəsi, Nərimanov rayonu, 4/47 . AZ1031 *** 2 səs

Avromed Company haqqında

Avromed Company MMC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır.2002-ci ilin aprel ayında fəaliyyətə başlamış Avromed Company MMC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir.

Avromed şirkətinin fəaliyyəti

Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur. Bu gün Avromed şirkəti bütün dünyada tanınan Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Merk, Alcon, Berlin Chemie, GSK kimi nəhəng əczaçılıq sənayeləri ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın dairəsi (diapazonu) gündən-günə genişlənməkdədir. Ölkəyə idxal olan dərman preparatları, tibbi vasitələr və parafarmasevtika məhsullarının sayı 15 mindən artıqdır.Avromed şirkəti biznesin təşkili üzrə Avropanın ən müasir standartlarını Azərbaycan əczaçılıq bazarında əczaçılıq ticarətinin təşkilinə tətbiq etməklə yeni tipli satış şəbəkəsi yaratmağa nail olmuşdur.

Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Bu infrastruktura Bakıda yerləşən Avromed mərkəzi ofisi və Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisləri daxildir. Bu struktur genişlənməkdə davam edir və hal-hazırda Azərbaycanın digər şəhərlərində yeni regional ofislərin açılması istiqamətində iş aparılır. Avromed Şirkəti Azərbaycan cəmiyyətində və biznes aləmində yaxşı tanınan ən böyük şirkətlərdən biridir. Ölkədə əczaçılıq sahəsində verdiyi töhfələrə görə Consulting&Business jurnalı tərəfindən 2010 və 2012-ci illərdə “UĞUR” Milli Mükafatına layıq görülmüşdür.

AvroMed haqqında faktlar və rəqəmlər

  • 900-ü dövlət, 200-dən çoxu Dokta şəbəkəsi daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən 1800 aptekin təchizatçısı;
  • 1150-dən çox işçisi;
  • 226 çatdırma və 10 ağır yük avtomobilləri;
  • 09.00-dan 21.00-dək müştərilərdən sifarişləri qəbul edən 95 əməliyyatçı;
  • 6000 m2 sahəsi olan mərkəzi anbarlarda gündəlik 1200 sifarişin təmini;
  • 42 ölkədən 200-dən artıq təchizatçı;
  • 15 500 və artan çeşid sayı.