Ölkəmizdə son dövrlərdə bir çox özəl tibb müəssisələri və regional tibb mərkəzləri fəaliyyət göstərir. Yeni fəaliyyətə başlayan Avrasiya Hospital- çoxprofilli ambulator və stasionar xidmətləri özündə cəmləyərək Tibb müəssisələri arasında Lider mövqelərdən birini tutur. Avrasiya hospitalın yeni binasının inşası 2011-ci ilin ortalarından başlanılmışdır. Sağlam yaşam üçün qapılarını açan Avrasiya Hospital 9 mərtəbə olmaqla ümumi 6000 m2 sahəyə malik olan və bütün tibbi ehtiyacları qarşılaya biləcək 5* ulduzlu otel rahatlığında sizə xidmət göstərən sağlamlıq mərkəzidir! Hospitalımız 50 yataqlı cərrahi stasionar, 15 yataqlı reanimasiya şöbəsi, 4 cərrahi, 2 angioqrafiya cihazi ilə təchiz olunmuş əməliyyatxana, bütün poliklinik şöbələri özündə birləşdirir və 24 saat xidmətinizdədir. Hospitalımızda həm təcili, həm də planlı cərrahi əməliyyatlar aparılır.
Avrasiya Hospitalda Azərbaycanın tanınmış həkimləri, həmçinin xarici ölkələrdə təkmilləşmiş, yüksək peşəkarlığa malik uzman həkimlər xidmət göstərməkdədir. Hospitalda geniş profilli Poliklinika, Radiologiya, İnvaziv Radiologiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ortopediya-Travmatologiya, Anesteziologiya və Reanimasiya, Nevrologiya, Kardiologiya, Endokrinologiya, LOR, Urologiya, Ginekologiya, Gastroenterologiya, Hepatologiya, Terapiya, Pediatriya, Stomatologiya, Oftalmologiya, Fizioterapiya və Reabilitasiya, Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbələri fəaliyyət göstərir.
Avrasiya Hospitalda müasir tələblərə cavab verən İnsult Mərkəzi, Diabetik Ayaq Mərkəzi, Aritmoloji Mərkəz, Yuxu laboratoriyası, Eşitmə Mərkəzi və Estetik Mərkəz fəaliyyət göstərməkdədir. Diaqnostika bölümündə Kompyuter Tomoqrafiya, Nüvə Maqnit Rezonans tomoqrafiya, Rentgen, Mammaqrafiya, Densitometriya, USM, EKQ, Holter, EXOKQ, Tredmil test, Endoskopiya və s. diaqnostik xidmətlər və sanitar normalara cavab verən, avropa standartlarina uyğun, müasir analizatorlarla təchiz olunmuş laboratoriyamız xidmətinizdədir.
Avrasiya Hospital olaraq başlıca hədəfimiz yüksək ixtisaslı həkim kadrosu, peşəkar tibbi personalı, uzunmüddətli tibbi quruculuq qabiliyyəti, ən müasir avadanlıqlarla təchiz olunmaq və qüsursuz xidmət göstərmə tərzi ilə Azərbaycanda özəl tibbi xidmət sektorunu zirvəyə qaldırmaqdır. Bizim Hospitalda Estetik-Mərkəz fəaliyyət göstərir. Bizimlə gözəlliyinizi və ruhunuzu peşəkar əllərə təslim edərkən xüsusi olduğunuzu kəşf edəcəksiniz, həm sağlam, həm də həyatınız boyu baxımlı, gözəl, gənc və dinc qalacaqsınız!