Avia - Aqreqat zavodu xəritədə

Avia - Aqreqat zavodu

Bakı, Nizami rayonu, Rövşən Əliyev küçəsi, 11 AZ1033 *** 12 səs

Avia - Aqreqat zavodu haqqında

"Avia-Aqreqat" zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında "Bakı Klimatik Qurğuları" Təcrübə zavodu adı altında yaradılmışdır.1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma zavodu adlandırılmışdır.1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı "Aqreqat" zavodu yaradılmışdır.

Avia-Aqreqat zavodunun fəaliyyəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək "Avia-Aqreqat" zavodu adlandırılmışdır.1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır.1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı "Avia-Aqreqat" İB adlandırılmışdır.2006-cı ilin sentyabrından "Avia-Aqreqat" zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır."Avia-Aqreqat" zavodu MDB ölkələrinin bir çox təyyarəqayırma müəssisələri ilə əməkdaşlıq edir.

Aviasiya texnikası istehsalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyəti

  • yüksək təzyiqli şar və silindirik balonlar istehsalı;
  • mülki aviasiya üçün təyyarə və mətbəx avadanlıqları istehsalı;
  • texnoloji tərtibatların və alətlərin hazırlanması;
  • xalq istehlakı mallarının və mülki təyinatlı məhsulların istehsalı.

Avia-Aqreqat zavodunun məhsulları

  • Xüsusi təyinatlı məhsulları-Proqram üzrə
  • Mülki təyinatlı məhsulları-məişətdə işlədilən sıxılmış karbohidrogen qazlar üçün müxtəlif tutumlu balonlar;qeyri-ərzaq məhsulları üçün 10 və 20 litrlik qablar;odla qaynatmaqla sterilləşdirici;tibbi elektrik sterilləşdiricisi;ərzaq məhsullarının saxlanılması və nəql edilməsi üçün 12 litrlik termoslar.

Avia-Aqreqat zavodunun istehsal sahələri

  • Mexaniki emal: vərəqə və çubuq şəkilli paslanmayan poladlardan, titan və əlvan metallardan mürəkkəb konus yivli detalların mexaniki emalı, kəsici və ölçmə alətlərinin, etalonların, tərtibatların, ştampların və presformaların hazırlanması;
  • Qaynaq: istehsal fəaliyyətində arqonla qaynaq olunan bütün məmulatlarda qaynağın yerinə yetirilməsi;
  • Termiki emal: istehsal fəaliyyətində termiki emalı tələb olunan bütün məmulatların, alət və legirli poladların və s. termiki emalı, poladlardan, əlvan metallardan və titandan döymələr, isti və soyuq ştamplama, izotermik emal və digərləri;
  • Qeyri-metal еmalı: rezin və plastik kütlədən detalların istehsalı, soyuq və isti üsulla presləmə, vulkanizasiya;
  • Ağac emalı: daxili təlabat üçün müxtəlif növ məhsullar;
  • Qalvanik emal: sinkləmə, kadmiumlama, misləmə, gümüşləmə, elektrik üsulla pardaqlama;
  • Lak-boya örtükləri: daxili məhsulların rənglənməsi;
  • Sınaq: yüksək təzyiqlə işləyən balonların hidravlik, pnevmatik sınaqları, digər məhsulların texniki şərtlərə müvafiq sınaqları.