"Avia-Aqreqat" zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında "Bakı Klimatik Qurğuları" Təcrübə zavodu adı altında yaradılmışdır.1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma zavodu adlandırılmışdır.1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı "Aqreqat" zavodu yaradılmışdır.
Avia-Aqreqat zavodunun fəaliyyəti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək "Avia-Aqreqat" zavodu adlandırılmışdır.1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır.1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı "Avia-Aqreqat" İB adlandırılmışdır.2006-cı ilin sentyabrından "Avia-Aqreqat" zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır."Avia-Aqreqat" zavodu MDB ölkələrinin bir çox təyyarəqayırma müəssisələri ilə əməkdaşlıq edir.
Aviasiya texnikası istehsalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyəti
- yüksək təzyiqli şar və silindirik balonlar istehsalı;
- mülki aviasiya üçün təyyarə və mətbəx avadanlıqları istehsalı;
- texnoloji tərtibatların və alətlərin hazırlanması;
- xalq istehlakı mallarının və mülki təyinatlı məhsulların istehsalı.
Avia-Aqreqat zavodunun məhsulları
- Xüsusi təyinatlı məhsulları-Proqram üzrə
- Mülki təyinatlı məhsulları-məişətdə işlədilən sıxılmış karbohidrogen qazlar üçün müxtəlif tutumlu balonlar;qeyri-ərzaq məhsulları üçün 10 və 20 litrlik qablar;odla qaynatmaqla sterilləşdirici;tibbi elektrik sterilləşdiricisi;ərzaq məhsullarının saxlanılması və nəql edilməsi üçün 12 litrlik termoslar.
Avia-Aqreqat zavodunun istehsal sahələri
- Mexaniki emal: vərəqə və çubuq şəkilli paslanmayan poladlardan, titan və əlvan metallardan mürəkkəb konus yivli detalların mexaniki emalı, kəsici və ölçmə alətlərinin, etalonların, tərtibatların, ştampların və presformaların hazırlanması;
- Qaynaq: istehsal fəaliyyətində arqonla qaynaq olunan bütün məmulatlarda qaynağın yerinə yetirilməsi;
- Termiki emal: istehsal fəaliyyətində termiki emalı tələb olunan bütün məmulatların, alət və legirli poladların və s. termiki emalı, poladlardan, əlvan metallardan və titandan döymələr, isti və soyuq ştamplama, izotermik emal və digərləri;
- Qeyri-metal еmalı: rezin və plastik kütlədən detalların istehsalı, soyuq və isti üsulla presləmə, vulkanizasiya;
- Ağac emalı: daxili təlabat üçün müxtəlif növ məhsullar;
- Qalvanik emal: sinkləmə, kadmiumlama, misləmə, gümüşləmə, elektrik üsulla pardaqlama;
- Lak-boya örtükləri: daxili məhsulların rənglənməsi;
- Sınaq: yüksək təzyiqlə işləyən balonların hidravlik, pnevmatik sınaqları, digər məhsulların texniki şərtlərə müvafiq sınaqları.