Insan Hüquqları üzrə Müvəkkil Ombudsman xəritədə

Insan Hüquqları üzrə Müvəkkil Ombudsman

Bakı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40 AZ1000 *** 2 səs

Insan Hüquqları üzrə Müvəkkil Ombudsman haqqında

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - ilk dəfə 2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilmişdir. Seçildiyi gündən Elmira Süleymanova ombudsmandır. Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılmışdır.

5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır.2 iyul 2002-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edildi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti

Azərbaycan Ombudsmanı Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğu və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyası (APT) tərəfindən təşkil olunan Avropa MPM-lər Şəbəkəsinin üzvüdür və müvafiq beynəlxalq tədbirlərdə iştirak edir.Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 14 may 2011-ci il tarixli Sərəncamı ilə BMT-nin «Əlillərin hüquqları haqqında» Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da Ombudsmana həvalə edilmişdir.

2012-ci ildə Ombudsman təsisatının fəaliyyətinin Paris prinsiplərinə uyğunluğu bir daha təsdiq edilmiş və BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ən yüksək “A” statusu ilə reakreditasiya olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir. E.Süleymanova 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olan bu sənədin həyata keçirilməsi üzrə İşçi qrupunun rəhbəridir.