Atlant Nabran xəritədə

Atlant Nabran

Nabran, Xaçmaz AZ1000 *** 2 səs

Atlant Nabran haqqında

Mərkəzin yerləşdiyi ərazi gözəl təbii şəraitə və mənzərəyə malikdir. Tanıyanları hər dəfə buralara geri dönməyə çəkən təbiətin bir xüsusiyyəti vardır ki, bu da müxtəlif bitkilərlə zəngin meşənin dənizin tam sahilindən başlamasının heyranedici mənzərəsidir. Təbiətin bu kimi gözəllikləri bizə, qonaqlarımıza təqdim etdiyimiz tədbirlərin sayını artırmaq imkanı verir. Tərəfimizdən təşkil olunan meşə gəzintiləri zamanı meşənin təravətli havası və təbiətlə birbaşa təmas imkanı qazanmış olacaqsınız. Müxtəlif dəniz əyləncələri də həm sağlamlığa xeyrli həm də bir sıra təəsüratlar buraxacaq. Dənizin səsi, yarpaqların xışıltısı, quşların civiltisi yay səslərinin harmoniyasını tamamlayaraq “Atlant”-da keçirəcəyiniz unudulmaz günlərin ab-havasını yaradacaq. Bizim mərkəzin qonaqları üçün nəfis həm də bir doğma atmosfer yaradılmışdır. Ən azı, şəhərin təlaşlı həyatından məhz burada qurtulmaq imkanı əldə edəcəksiniz.

Atlant Ailəvi istirahət və əyləncə Mərkəzi yüksək keyfiyyətli xidmətlər təqdim edir

  • Avtomobil dayanacağı
  • Camaşırxana xidmətləri
  • Qadın və kişi salonu
  • Sauna
  • Massaj
  • Salari
  • Gündüz əyləncələri
  • Oyun yerləri
  • Gecə proqramı
  • Uşaqlar üçün əyləncə
  • Su idmanı
  • Hava uçuşu

Atlant Nabran - Restoran 

Restoran- bəzədilmiş masalar, gözqamaşdıran süfrələr, əla və rəngarəng tərtib olunmuş yeməklər, adamı ovsunlayan müsiqilər, cəld işləyən xüsusi ofisiantlar sizin xidmətinizdədir. Səhər yeməyindən başlayaraq şam yeməyinə qədər təbiyəti seyr edərək həzin musiqi və avropa yeməkləri dadaraq gün ərzində istirahət etmiş olarsınız.