Atlant Bakı baş ofis xəritədə

Atlant Bakı baş ofis

Bakı, Nərimanov rayonu, Dadaşov İbrahim Paşa küçəsi, 50 AZ1000 *** 2 səs

Atlant Bakı baş ofis haqqında

2002-cü ildə Azərbaycanın şimalında, məşhur istirahət bölgəsi olan Xaçmaz rayonu, Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində yeni istirahət guşəsi– “Atlant” ailəvi istirahət və əyləncə mərkəzi açılmışdır. Mərkəzin yerləşdiyi ərazi gözəl təbii şəraitə və mənzərəyə malikdir. Tanıyanları hər dəfə buralara geri dönməyə çəkən təbiətin bir xüsusiyyəti vardır ki, bu da müxtəlif bitkilərlə zəngin meşənin dənizin tam sahilindən başlamasının heyranedici mənzərəsidir. Təbiətin bu kimi gözəllikləri bizə, qonaqlarımıza təqdim etdiyimiz tədbirlərin sayını artırmaq imkanı verir. Tərəfimizdən təşkil olunan meşə gəzintiləri zamanı meşənin təravətli havası və təbiətlə birbaşa təmas imkanı qazanmış olacaqsınız. Müxtəlif dəniz əyləncələri də həm sağlamlığa xeyrli həm də bir sıra təəsüratlar buraxacaq. Dənizin səsi, yarpaqların xışıltısı, quşların civiltisi yay səslərinin harmoniyasını tamamlayaraq “Atlant”-da keçirəcəyiniz unudulmaz günlərin ab-havasını yaradacaq. Bizim mərkəzin qonaqları üçün nəfis həm də bir doğma atmosfer yaradılmışdır. Ən azı, şəhərin təlaşlı həyatından məhz burada qurtulmaq imkanı əldə edəcəksiniz.

Atlant ailəvi istirahət və əyləncə mərkəzi Nabranda

Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində istirahət düşərgəsinin tikintisi ücün 10 ha torpaq səhəsi ayrılmışdır. Kompleksin tikilib tam başa çatması 2006-cı ildə nəzərdə tutulmuşdur. Tikinti işləri 2001-ci ildə başlanmışdır və 2002- cü ildə 20 ədəd 2-3 otaqlı kotteclər istifadəyə verilmişdir.2004- cü ildən isə 320 nəfərlik istirahət yeri tikilib başa çatdırılmışdır. 2006- cı ildə tikinti işləri davam etdirilmiş və kompleks nəzərə tutulan layihə gucünə çatdırılmışdır, belə ki, 2008 ildə 6 mərtəbəli otel bina tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin verdiyi dərəcə nişanına əsasən, “Atlant” İstirahat və Əyləncə Mərkəzi 4 ulduz kateqoriyasına layiq görulmüşdür.