ATL Consulting haqqında
"ATL Consulting" şirkəti 2011-ci ildə yaradılıb. Şirkətin əsas məqsədi fəaliyyətində çətin vəziyyət düşmüş şirkətlərin peşəkar yanaşma və konsultinq xidmətləri göstərmək, fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım etməkdir. “ATL Consulting” şirkətin bazar mövqeyinin möhkəmləndirilməsi, müştəri ilə münasibətlərin qurulması və düzgün istiqamətdə genişlənməsi istiqamətində biznesin inkişafını dəstəkləyir. Yüksək peşəkarlıq nümayiş etdirməklə, biz müştərilərimiz üçün daha faydalı olmağa çalışırıq. Bizim fəaliyyətimizin əsas meyarlarından biri müştərinin istəyinə həssas münasibət, cəmiyyətin ayrılmaz hissəsi olan biznes strukturlarına müvafiq yanaşmadır. İstənilən formada göstərdiyimiz xidmətdə peşəkarlıq bizim dayaq nöqtəmizdir. Biz aşağıdakı xidmətləri göstəririk: Marketinq sahəsində konsultinq, reklam sahəsində konsultinq, PR, bazarın tətqiqi, müəssisələrdə biznes sorğusunun aparılması, layihələrin idarəedilməsi üzrə konsultinq, təlimlər.