Yeni Yazarlar və Sənətçilər Qurumu xəritədə

Yeni Yazarlar və Sənətçilər Qurumu

Bakı, Yasamal rayonu, Mətbuat prospekti, 529 AZ1073 *** 1 səs

Yeni Yazarlar və Sənətçilər Qurumu haqqında

Yeni Yazarlar və Sənətçilər Qurumu 1998-ci ildə yaradılıb, həmin il təsis qurultayını keçirib. YYSQ missiyası: mədəniyyət və ədəbiyyat hadisələrinin təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. dir.

Yeni Yazarlar və Sənətçilər Qurumunun fəaliyyəti

YYSQ-nin əsas fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyatla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

Müxtəlif dövlət və QHT-lər tərəfindən 20-dən çox diplom və mükafatlara layiq görülüb, qrantlar alıb.Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. Səkkiz dəfə Bakı Kitab Bayramı - illik Milli Kulturoloji layihə həyata keçirmiş, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir.