Artromed Tibb Mərkəzi xəritədə

Artromed Tibb Mərkəzi

Bakı, Əhmədli qəsəbəsi, Xətai rayonu, Gəncə prospekti, 34 AZ1000 *** 1 səs

Artromed Tibb Mərkəzi haqqında

Azərbaycanda səhiyyənin sürətlə inkişafında vacib məqamlardan biri də bu sahədə özəl sektorun fəaliyyəti üçün müvafiq şəraitin yaradılması və onlara verilən dəstəkdir. Elə bunun nəticəsidir ki, özəl tibb müəssisələrinin də xüsusi çəkisi artmaqda və onlar tərəfindən əhaliyə yüksək tibbi xidmətlər təklif olunmaqdadır.Belə səhiyyə obyektlərindən biri olan Artromed tibb mərkəzi isə əhaliyə göstərilən xidmət növlərində imza atdığı bir sıra yeniliklərə görə fərqlənir. Bu tibb mərkəzi yenicə istifadəyə verilməsinə baxmayaraq, artıq əhali arasında yaxşı tanınır və bunu sözügedən müəssisəyə müraciət edənlərin sayının kifayət qədər çox olması da təsdiqləyir.

Artromed tibb mərkəzinin fəaliyyəti

Tibb mərkəzinin açılışı 2009-cu il iyunun 1-də, yəni uşaqların beynəlxalq müdafiəsi günündə baş tutub ki, bu da təsadüfi deyil. Bu səhiyyə obyektində göstərilən xidmətin bir çoxu bilavasitə uşaqlarla bağlıdır. Uşaqlarda bronxial astma ilə əlaqədar yaranan problemlər, astmatik komponentlər, uşaq əyripəncəliyinin müalicəsi, uşaqlarda onurğa sütunun stabilləşməsi və s. ilə bağlı məhz bu tibb mərkəzində yüksək xidmət təklif olunur. Elə bu səbəbdən də Artromed tibb mərkəzinin açılışı uşaqların beynəlxalq müdafiəsi günündə həyata keçirilib.Mərkəzin müxtəlif təyinatlı tibb otaqları da yüksək səviyyədədir və müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.

Tibb mərkəzinin açılışı zamanı əhalini maraqlandıran əsas məqamlardan biri onlara yeni növ xidmətlərin göstərilməsi olub. Bu istiqamətdə görülən işlər sayəsində isə Artromed tibb mərkəzi indiyə qədər ölkəmizdə göstərilən səhiyyə xidmətləri sırasına bəzi yeniliklər də əlavə edib. Bunun nəticəsidir ki, onurğa ilə bağlı bütün problemlərin həll edilməsi üçün Artromed tibb mərkəzində hər cür şərait yaradılıb və müvafiq avadanlıqlar quraşdırılıb.

Klinikanın xidmətləri

Bizim klinikada aparılan müalicələr onurğa sütunu xəstəliklərinin dərmansız və cərrahiyyə əməliyyatı olmadan aradan qaldırmağa imkan yaradır. Onurğa sütunu xəstəlikləri arasında xüsusi yer tutan skoliozdur.Skolioz onurğanın yana əyilməsi deməkdir.Anadangəlmə və qazanılmış olur.Anadangəlmə skolioz ana bətnində dölün inkişafsızlığı ilə əlaqədardır.Qazanılmış skoliozun səbəbləri isə müxtəlifdir.Yeni doğulmuş uşaqlarda kalsium azlığı səbəbiylə sümük və əzələ sisteminin zəif olması,bud çanaq oynağının çıxığı,bir ayağın digərininə nisbətən uzun olması bu problemin qazanılmış səbəblərinə aiddir.Artromed tibb mərkəzində skoliozun müalicəsinə geniş yer verilir.Bu müalicələrə massaj,fizioterapevtik üsullar,müalicəvi bədən tərbyəsi aiddir.

Fəqərəarası disk yırtıqları bel və oma nahiyyəsində daha çox rast gəlinir.Bu zaman kəskin ağrılar baş verir,ayaqlar keyləşir,hərəkət koordinasiyasının itirilməsi,əzələlərin zəifləməsi müşahidə olunur.Fəqərələrarası disk yırtıqlarının diaqnostikası üçün kompyuter tomoqrafiyası və MRT müayinələrindən istifadə olunur.Artromed tibb mərkəzində əsas etibarilə konservativ müalicə tətbiq olunur.Müalicə məqsədilə fizioterapiya,o cümlədən dartınma aparatı ilə lazer terapiyasından istifadə olunur və yüksək nəticə əldə edilir.

Həmçinin Artromed tibb mərkəzində duz otağı da diqqəti cəlb edir.Klinikanın duz otağı Avstriya və Alman texnologiyası ilə düzəldilib.Divarlara yüksək texnologiya ilə hopdurulmuş duzlar Naxçıvandan gətirilmişdir.Duz otağı bronxial astma,bronxların obstruktiv xəstəlikləri və s. xəstəliklərin müalicəsində güclü müalicəvi təsir göstərir.Eyni vaxtda bir neçə xəstə seansı qəbul edə bilər.Hər seans 40 dəqiqə çəkir.Xəstələrin darıxmaması üçün burada monitor qurulub.Uşaqlar üçün cizgi filmləri nümayiş etdirilir.Avstriyadan gətirilmiş duz ionları seans vaxtı xüsusi kamera vasitəsilə bütün otağa yayılır.

Bundan əlavə klinikamızda Laboratoriya,Terapiya,Kardiologiya,Hidrokolonoterapiya(bağırsaqların yuyulub təmizlənməsi), Urologiya, Dermatologiya,Trixologiya(saç dibinin müayinə və müalicəsi), LOR stansiyası(qulaq,burun,boğaz),Plazmoferez(qanın yuyulub plazmadan təmizlənməsi),Ozonoterapiya(qanın ozonlaşdırılması),Rəqəmsal Rentgen,Pediatriya,USM,Ginekologiya,Nevrologiya,Sovpakt(Termovanna),Spa Rasul(müalicəvi hamam),Massaj kimi xidmətlər həyata keçirilir.