Arash Medical Company xəritədə

Arash Medical Company

Bakı, Nəsimi rayonu, Salamzadə küçəsi, 26 AZ1078 *** 4 səs

Arash Medical Company haqqında

Arash Medical Company, Azərbaycan tibb bazarında 1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir. Arash Medical Company – Radiologiya, Fizioterapiya və Reabilitasiya, Funksional diaqnostika, Diaqnostik alətlər, Oftalmologiya, Otorinolarinqologiya, Mamalıq və Ginekologiya, Laboratoriya avadanlıqları, Anesteziologiya və Reanimasiya, Cərrahiyyə, Endoskopiya, Təcili yardım avadanlıqları, Sterilizasiya, Tibbi mebel, Tibbi qaz sistemləri, Xüsusi təyinatlı tibbi nəqliyyat vasitələri və s. aid məhsulların bütün spektrini təklif edir.

Arash Medical Company Tibb avadanlıqları

Arash Medical Company, fəaliyyət miqyasına görə Azərbaycanın ən qabaqcıl şirkətlərindən biri olaraq tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Şirkət – ABŞ-ın “Alcon”, “Armstrong Medical”, “Hill-Rom”; Almaniyanın “Hettich”, “Carl Storz”, “Lesiegang”, “Metrax”, “Riester”, “Trilux”, “Weinmann”; C. Koreyanın “Medison”, “Bionet”, İtaliyanın “Cardioline”, “FL Medical”, “Fazzini”, “Rimsa”; İsveçrənin “Belimed”; Türkiyənin “Hitas”, “Nüve”, “Varitex”; Yaponiyanın “Toshiba”, “Olympus”, “Fuji” və s. istehsalçılarını Azərbaycanda birbaşa təmsil edir. Arash Medical Company səhiyyə ocaqları ilə sıx əməkdaşlıq edərək Azərbaycan Respublikasının bir neçə xəstəxana və klnikalarını hər növ tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edir.