Aqua Park Şıxov xəritədə

Aqua Park Şıxov

Bakı, Şiхov qəsəbəsi, Cənub dəniz sahili AZ1000 *** 5 səs

Aqua Park Şıxov haqqında

Şıx qəsəbəsində yerləşmiş şəhərin ən məşhur çimərik komplekslərindən biridir. Digər çimərliklərdən fərqli olaraq bu yer əla təchiz olunmuşdur. Kompleksin böyük ərazisində həm talvarlar, həm duşlar, çox sayda attraksionlar, barlar, su təpələri, batutlar vardır. Habelə kompleksin tərkibinə böyüklər üçün üç böyük və uşaqlar üçün 1 kiçik hovuz daxildir. Qeyd etmək lazımdır ki, çimərlik bu sahildə ən təmizidir. Düzdür, Şıx çimərliyinin yerləşdiyi şəhər akvatoriyası çox vaxt Abşeron çimərliklərinə nisbətən bir qədər çirk olur, odur ki, çimməyə burada ehtiyatla yanaşmaq lazımdır. Yaxşı olar ki, hovuzlarda çimməyə üstünlük verilsin, onlar da burada kifayət qədərdir. İstirahət edənlərin xidmətinə hovuzun ətrafında rahat yerləşdirilmiş rəngarəng talvarlar altında stollar, uzanmaq üçün taxtlar verilir.