Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərən-camla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə prezident Sərəncamla “Aqrolizinq”i Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verib.
Fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 151 dəst texnoloji avadanlıqlar, o cümlədən 39 dəst soyuducu kameralar, 19 dəst damcılı suvarma sistemi, 13 dəst yem emalı, 11 dəst süd emalı 19 dəst quşçuluq, 17 dəst istixana avadanlıqları və 33 dəst meyvə emalı və müxtəlif təyinatlı digər avadanlıqları formasından asılı olmayaraq lizinq qaydasında fiziki və hüquqi şəxs-lərə verilmiş və quraşdırılması davam etdirilir. Həmçinin 334.65 min ton ammonium nitrat (azot), 54.21 min ton superfosfat, 7059.5 ton nitroammofoska, 3377.6 ton ammofos, 331.5 ton kalium gübrələri və 301.8 ton pestisidlər gətirilərək, onların böyük əksəriyyətinin (91%-dən çoxunun) kənd təsər-rüfatı məhsulları istehsalçılarının istifadəsinə veril-məsi təmin edilmişdir.
“Aqrolizinq” ASC tərə-findən 2009-2013-cü illər ərzində 10590 baş damazlıq heyvanlar satınalınıb gətirilməsi nə-zərdə tutulmuşdur. Həmin heyvanlardan 9635 başı artıq satınalınıb gətirilərək respub-likanın ayrı-ayrı bölgələrinin sahibkarlarına lizing yolu ilə satılmışdır.