APA Holding xəritədə

APA Holding

Bakı, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 11/45 AZ1000 *** 0 səs

APA Holding haqqında

“APA Holding” MMC bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur.Holdinqin yaradılmasında məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. Holdinqə “Azəri-Press” İnformasiya Agentliyi (APA) MMC, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC və “APA SERVİS” MMC-lər daxildir. “APA Servis” MMC-nin tərkibində APA TV internet televiziyası, “Lent.az” İnformasiya Agentliyi MMC-nin tərkibində “Kulis.az” və “Ailəm.az” törəmə strukturları fəaliyyət göstərir.

APA Holdinqin əsas fəaliyyəti

Holdinqin əsas fəaliyyət istiqamətləri informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsidir. Holdinq Direktorlar Şurası tərəfindən idarə olunur, qərarların qəbul edilməsi səlahiyyətinə sahib olan Direktorlar Şurası holdinqə daxil olan qurumların rəhbərlərindən formalaşdırılır. Direktorlar Şurasının sədri Nurşən Quliyevdir. Holdinqin gündəlik fəaliyyətinə isə icraçı direktor rəhbərlik edir. Holdinqdə Həmkarlar İttifaqı yaradılıb. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb.Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. Holdinq 3 oktyabr 2012-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.