Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentlik-ANAMA xəritədə

Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentlik-ANAMA

Bakı, Binəqədi rayonu, Dadaşov İbrahim Paşa küçəsi, 260 AZ1108 *** 0 səs

Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentlik-ANAMA haqqında

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 1998-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 854 saylı sərəncamı əsasında Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılmışdır. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti planlaşdırmaq, əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər həm də icraçı təşkilat kimi Azərbaycan Hökumətilə BMTİP arasında 2 aprel 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsilə Mübarizə üzrə birgə Proqramı həyata keçirir (layihə N AZE/98/003, mövzu: “Böhranların Qarşısının Alınması və Aradan Qaldırılması”). Agentlik aşağıda ümumi icmalı verilən Azərbaycanın Milli Strateji Planı və ANAMA Prinsipləri əsasında fəaliyyət göstərir.

Azərbaycanda iki cür mina/partlamamış hərbi sursat (PHS) problemi mövcuddur: Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə və işğaldan azad edilmiş ərazilərdə olan mina/PHS problemi. Layihə elə işlənilib ki, hazırda işğaldan azad edilmiş torpaqlarda tədqiqat, xəritəçəkmə və minatəmizləmə əməliyyatlarının aparılmasına və gələcəkdə işğaldan azad ediləcək torpaqlarda PHS probleminin həlli istiqamətində hazırlıq işlərinin aparılmasına şərait yaratsın.

Layihə haqqında

Layihənin əsas vəzifəsi hazırda işğaldan azad edilmiş ərazilərdə mina/PHS-ə dair bütün fəaliyyətin planlaşdırılması, əlaqələndirilməsi və idarə edilməsini və gələcəkdə azad ediləcək ərazilərdə həmin işlərin davam etdirilməsini həyata keçirə bilən milli potensialın yaradılması.
Bu layihə minaların partlaması nəticəsində baş verən ölüm və zərərçəkmə hallarının sayını azaldaraq məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına şərait yaradacaq. Layihə həmçinin infrastrukturun yenidənqurulması və bərpasına, əhalinin gəlir mənbəyi yaradan fəaliyyət ilə məşğul olmasına və qida ehtiyaclarının ödənilməsinə imkan yaradacaq.

Layihənin əsas nailiyyət və nəticələri

ANAMA-nın Bakıdakı Baş Qərargahı, Füzuli və Göygöl rayonlarında yerləşən iki Regional Baza, Tərtər, Ağcabədi və Ağstafada yerləşən üç əməliyyat mərkəzi işə tam hazır vəziyyətdədir;
Mina Təsirinin Tədqiqatı başa çatıb, əldə olunan məlumatlar xəritələrə köçürülüb və saxlanılır;
MTM təlimləri tədris proqramına daxil edilərək müharibədən zərərçəkmiş ərazilərdə yerləşən 1200 məktəbdə 52,000 şagirdi əhatə edir;
Müharibədən zərərçəkmiş 9 regionda 134 icma əsaslı MTM komitələri fəaliyyət göstərir;
Azərbaycanda Mina Təhlükəsilə Mübarizə sahəsində 567 işçi, 32 MAİ və 6 MMM çalışır;
Milli Təlim və Keyfiyyətə Təminat Qurumu yaradılaraq işə tam hazır vəziyyətdədir;
63,7 mln. kv.m mina sahəsi və 36,5 mln. kv. m döyüş ərazisi ixtisar edilib, təmizlənib (bundan 100,000-ə yaxın insan bəhrələnib) və yerli hakimiyyət orqanlarına təhvil verilib, 26,1 mln. kv.m Şübhəli Təhlükəli Ərazi isə ləğv edilib;
206 piyada əleyhinə mina, 274 tank əleyhinə mina və 618,077 PHS məhv edilib;
Ölkədə minadan zərərçəkənlərin ehtiyaclarının öyrənməsinə dair tədqiqat aparılıb.
- See more at: http://anama.gov.az/about-anama/?language=azeri#sthash.dTtnRfgh.dpuf