AMT Klinika xəritədə

AMT Klinika

Bakı, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 102-114 AZ1022 *** 4 səs

AMT Klinika haqqında

AMT klinika geniş profilli tibb mərkəzinin iş prinsipi hər bir müştəriyə hərtərəfli, qayğıkeş, eyni zamanda yüksək peşəkar xidmət göstərməkdir.Bizim şuarımız “Gələcəyə saglam və parlaq baxış”. Əsas düzgün seçim edərək gözlərinizi yüksək peşəkarlara etibar etməkdir.

Oftalmologiya

Klinikamız müxtəlif çeşidli yüksəktexnoloji oftalmoloji xidmətlər göstərir, o cümlədən də gözün lazer korreksiyası, uşaq göz xəstəliklərini, mirvari suyun ultrasəs fakoemulsifikasiyasi, göz niçasının və qlaukomanın cərahiyyə yolu ilə müalicəsi. Biz göz xəstəliklərini ən müasir metodikalar və yüksək texnoloji avadanlıqların köməyi ilə müalicə edirik. Üstünlük ondadır ki, heç yerə getmədən siz diaqnostikanı keçərək görmənizi bərpa edə bilərsiniz.Klinikanın baş həkimi- tanınmış oftalmoloq, lazer cərrahı, 35000-dən çox lazer və mikrocərrahiyyə əməliyyatları aparmış, Moskva şəhərinin ən yaxşı klinikasının 15 ildən artıq rəhbəri olan, tibb elimləri doktoru Tahir Cəfərlidir. Doktor Tahir Cəfərli bir çox elmi işlərin və RF üzrə patentlərin müəllifidir, Amerika oftalmoloji akademiyasının üzvü, Avropa refraksiya və kataraktal cərrahlar cəmiyyətinin üzvü, Rusiya tibbi-texniki elimlər akademiyasının müxbir üzvüdür.

Əgər Sizdə yaxından görmə, astiqmatizm və uzağdan görmə varsa bu problemləri “AMT klinikada” aradan götürmək mümkündür. Siz görməyinizi yaxşılaşdıra bilərsiniz və gözün lazer korreksiya, fakik premium klass linzaların implantasiyası vasitəsilə həmişəlik eynəklərdən və optik linzalardan imtina edə bilərsiniz.Əgər Siz vaxtınızı kompüter arxasında keçirirsinizsə , sizin gözləriniz qızarır və ağrıyırsa biz sizə bunun nə üçün belə olduğunu və bu cür problemlərlə necə mübarizə aparmaq lazım olduğunu izah edərik. Əgər Sizin uşaqlarınızın görməsi zəifləyirsə və yaxud çəpgözlük yaranıbsa bu zaman biz məsləhətlərimizlə sizə kömək edə bilərik.

Əgər Siz səbirsizliklə körpənizin həyata gəlməsini gözləyirsinizsə, o zaman hamiləlik zamanı görmə qabiliyyətinin zəifləməməsi haqqında məlumatlı olmanız yaxşı olar. Əgər sizin valideyinlərinizə katarakta (mirvari suyu) diaqnozu goyulubsa biz onlara kömək göstərərik.Biz digər, daha ciddi diaqnozlarda: glaukoma (qara su), göz qişanın distrofiyası zamanı da yardım göstəririk. Görmə imkanlarının hər halda, müasir ciddi müalicə aparılmadan bu xəstəliklər görmə imkanlarının itirilməsinə gətirə bilər. Bu səbəbdən müalicəni təxirə salmayın!“AMT- klinika” ehtiyacı olan bütün insanlara oftalmoloji yardım göstərir. Bunun üçün bizdə müasir texniki imkanlar, effektiv üsullar, təcrübə və peşəkarlıq var.

Digər xidmətlərimiz

“AMT klinikada” poliklinika şöbəsi fəaliyyət göstərir. Bizim məsləhətçilər tibb elminin müxtəlif sahələrində tanınmış elmlər doktorları, professorlar ən çətin klinik problemlərin həll olunmasına köməklik edirlər. Bu gün “AMT klinikada” kardiologiya, terapiya,endokrinologiya, LOR, daxiliorqanların və damarların USM-i və digər konsultativ-müalicəvi xidmətlər göstərilir. Gələcəkdə bu xidmətlərin daha geniş spektorda aparılması gözlənilir.

Laborator

AMT-klinikanın Laborator müayinələri çox geniş spektorda aparılır: 250-dən yuxarı qanın laborator müayinəsi, məlum olan infeksiyaların dəqiq diaqnostikası. Bizim laboratoriyamız Avropanın və ABŞ-ın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunmuşdur, burada keyfiyyətə çoxsəviyyəli nəzarət sisteminin tədbiq olunması klinikada aparılan tibbi tədqiqatların düzgün və etibarlı olmasına zəmanət verir
Mehriban və qayğıkeş kollektiv, təcrübəli və peşəkar həkimlər Bakıda “AMT klinikada” yolunuzu gözləyirlər.