Altun Kitab xəritədə

Altun Kitab

Bakı, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 15A AZ1025 *** 3 səs

Altun Kitab haqqında

“Altun Kitab” nəşriyyatı 2004-cü ildən fəaliyyət göstərir. Yarandığı gündən etibarən nəşriyyat öz layihələri əsasında oxucular üçün kitabların nəşri və satışı ilə məşğuldur. Nəşriyyatın əsas fəaliyyət istiqaməti uşaq kitablarının və orta məktəblər üçün tədris ədəbiyyatının nəşridir. İndiyə kimi nəşriyyatda 120-dən çox uşaq kitabı, dərslik və dərs vəsaiti işıq üzü görmüşdür. Son dövrdə nəşriyyatda məktəbəqədər yaşlı uşaqlar üçün vəsaitlərin və məktəblilər üçün lüğətlərin hazırlanması üzrə layihələrə start verilib. Bu sahədə ərsəyə gətirilən intellektual məhsullar həm də interaktiv elektron sorğu və tədris materialı kimi hazırlanaraq azdili.az və cirtdanbala.az saytlarında yerləşdirilir. Tədris ədəbiyyatı sahəsində “Altun Kitab”ın prioritet istiqaməti Azərbaycan dili dərsliklərinin, iş dəftərlərinin, qiymətləndirmə vəsaitlərinin, metodik vəsaitlərin nəşridir. «Altun Kitab» nəşriyyatı Azərbaycan Təhsil Nazirliyinin keçirdiyi bir sıra dərslik müsabiqələrinin qalibi olmuşdur. Respublikanın ümumtəhsil məktəbləri üçün 1-ci sinifdən 7-ci sinfə kimi Azərbaycan dili dərslikləri bu nəşriyyatda hazırlanmışdır. «Altun Kitab» bir çox yerli və beynəlxalq kitab sərgilərinin və müsabiqələrinin iştirakçısı olmuşdur. Nəşriyyatın rəssamı Elçin Cabbarovun miniatür janrında işlənmiş orijinal illüstrasiyaları ilə müşayiət olunan «Qabusnamə» kitabı 2006-cı ildə Moskvada keçirilən MDB ölkələrinin kitab müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.