Altes Group xəritədə

Altes Group

Bakı, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 507/511 B AZ1000 *** 0 səs

Altes Group haqqında

“Altes Construction” şirkəti “Altes Group” holdinqinin tərkibinə daxildir. Bu holdinq isə artıq 12 ildən bəri Azərbaycan bazarında müxtəlif istiqamətlərdə fəaliyyət göstərərək müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkənin ən iri tikinti-investisiya şirkətlərindən biri olan “Altes Construction” yaşayış komplekslərinin daşınmaz əmlakların üç ali kateqoriyası – “Business”, “Premium” və “De Luxe” kateqoriyaları üzrə layihələşdirilməsi, onların tikintisi, satışı və sonrakı istismarı sahəsində fəaliyyət göstərir. Və şirkət öz fəaliyyətini genişləndirməkdə davam edir. O, Rusiyada və Qazaxıstanda layihələrin həyata keçirilməsinə başlayaraq yeni səviyyəyə çıxmaqdadır. Şirkətin layihələrindən hər biri, o cümlədən “Altes Plaza”, “Altes Park”, “Emerald Palace”, “Samal Plaza”, “Alatau Residence” və digər layihələr özü-özlüyündə həyata keçirilən tikinti proseslərinin keyfiyyət və gözəllik harmoniyasıdır. Şirkətin müvəffəqiyyətinin və stabilliyinin əsas rəhni – burada çalışan professional kollektiv və həmçinin toplanmış iş təcrübəsidir. Bu amillər ona həm Azərbaycanda və həm də ölkənin sərhədləri xaricində yüksək dərəcəli mürəkkəbliyə malik olan layihələri həyata keçirməyə imkan verir.2006-cı ildən başlayaraq “Altes Construction” şirkətinin bütün layihələrinə İsveçrənin “SGS” şirkəti tərəfindən nəzarət edilir. Hal-hazırda, “Altes Construction” Azərbaycanda layihələrinin keyfiyyətinə ixtisaslaşdırılmış beynəlxalq şirkət tərəfindən zəmanət verilən yeganə şirkətdir.