All Star Apple xəritədə

All Star Apple

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 36 AZ1000 *** 4 səs

All Star Apple haqqında

“All star” şirkəti Azərbaycanda sistemli inteqrasiya ilə məşğul olan,peşəkar audio-video,yayım və kino avadanlıqlarının ölkə ərazisinə gətirilməsi və servis xidmətlərini peşəkar səviyyədə həyata keçirdən ilk və yeganə şirkətdir. Şirkət öz fəaliyyətini 1995-ci ildə “Azman” adı altında başlamış və 2009-cu ildə əsas fəaliyyət dairəsi sistemli inteqrasiya və təhlükəsizlik sistemlərinin satışı olan “Panavision” şirkəti ilə birləşərək “All star”adlandırılmışdır. “All star” şirkəti bu gün Azərbaycan bazarında peşəkar audio-video avadanlıqları sahəsində ən çox çeşid təklif edən və öz müştəriləriylə peşəkar səviyyədə işgüzar əlaqələri uğurla davam etdirən aparıcı şirkətdir. Şirkətimizdə çalışan yüksək ixtisaslı mütəxəssislər layihələrin həlli üzrə ən yeni informasiya texnologiyalarını müvəffəqiyyətlə tətbiq edir,yüksək peşəkar quraşdırma qrupu isə operativ və keyfiyyətlə onları reallaşdırır. “All star” şirkəti ölkənin aparıcı televiziya kanalları və dövlət təşkilatları üçün əhəmiyyətli, çox saylı layihələri müvəffəqiyyətlə həyata keçirmişdir.Şirkətimiz həmçinin müvəffəqiyyətlə xırda və orta bizneslə işləyərək sifarişlərin və layihələrin həcmindən asılı olmayaraq onları ən yüksək səviyyədə,standartlara uyğun həyata keçirməyə müvəffəq olur.“All star” şirkəti SONY, JVC, Panasonic, Mitsubishi, Manfrotto, Sachtler, Robe, Ligt Sky,Claypaky, Sennheiser, Elekto Voice, Dynacord, Taiden, RCS, Tascam, Tasso, Proel kimi ən mühüm teleradio-yayım,təhlükəsizlik sistemləri, kino, video və audio sənayesi üzrə istehsalçılarla əməkdaşlıq edir. “All star” şirkəti öz müştərilərinə bütün növ xitmətlərin, layihələşdirmə, avadanlıqların çatdırılma və quraşdırılması, işçi personalının təlimatlandırılması, zəmanət və zəmanətdən sonrakı xidmətlərin göstərilməsi imkanlarını yaradır. Bizim servis mərkəzimiz Azərbaycan bazarında təmsil etdiyimiz peşəkar avadanlığın təmirini yüksək keyfiyyətlə həyata keçirir. Servis mərkəzinin mütəxəssisləri dünyanın ən yaxşı servis mərkəzlərində təlimlər və treyninqlər keçərək bugünkü gündə Azərbaycan bazarının tələblərini tamamilə qarşılayırlar. Rəqəmsal texnologiyaların köklü şəkildə sənayenin əsas sferalarına daxil olduğu bir zamanda, “All star” Şirkətinin əsas məqsədi özünü daima təkmilləşdirmək və yeni müasir tələblərə cavab verməkdir. “All star” şirkəti fəaliyyəti dövrü ərzində illər boyu qazandığı bilik və təcrübəni öz partnyorlarının maraqları və rahat rifahı naminə istifadə etmək üçün hər zaman hazırdır.