Akkord Tikiş fabriki xəritədə

Akkord Tikiş fabriki

Səməd Vurğun qəsəbəsi, Ağstafa AZ1000 *** 0 səs

Akkord Tikiş fabriki haqqında

Müəssisə yarandığı gündən "Akkord" müxtəlif strukturlarında çalışan işçi personalı üçün uniformaların tikişi ilə məşğul olub. Müəssisənin tikdiyi uniformaların Bakıda keçirilən Beynəlxalq İnşaat Sərgisində nümayişindən sonra müxtəlif şirkətlərdən müəssisəyə qadın və kişi geyimləri, o cümlədən məktəbli və işçi uniformaları ilə bağlı sifarişlər daxil olmağa başlayıb. Sifarişlərin çeşidinin və həcminin artması nəzərə alınaraq ikinci tikiş müəssisəsinin tikintisi ilə bağlı qərar qəbul edilib və o, 2008-ci ilin birinci kvartalında istifadəyə verilib. Yeni müəssisə Almaniya və Türkiyənin müştərək istehsalı olan tikiş avadanlıqları ilə təchiz olunub.

Akkord şirkətinin fəaliyyəti

Müəssisənin ayrı-ayrı şöbələrində sifarişlər əsasında və satış üçün klassik kişi kostyumları, üçdüyməli kişi köynəkləri və s. tikilir. Hər iki müəssisədə çalışan işçilərin ümumi sayı 200 nəfərə qədərdir. Müəssisədə istehsal olunan məhsullar Avropa standartlarına tam şəkildə cavab verir.Hazırda tikiş müəssisəsinə istehsal etdiyi məhsullar üçün əsas xammal (parça) Türkiyə Respublikasından gətirilir.Lakin "Akkord" rəhbərliyi gələcəkdə xammal istehsal edən müəssisə yaratmağı da nəzərdə tutub. Bundan başqa, Bakıda müəssisənin Moda Evinin açılması da planlaşdırılır ki, həmin Moda Evində hazır məhsulların nümayişi, həmçinin ayrı-ayrı şirkətlərin sifarişləri, o cümlədən fərdi sifarişlərin qəbulu həyata keçiriləcək.

"Akkord" rəhbərliyi regionlarda yeni iş yerlərinin açılması, insanların sosial-iqtisadi rifahının yüksəldilməsi layihələri çərçivəsində və əhaliyə məişət xidmətinin yaxşılaşdırılması məqsədilə Ağstafa rayonunda da yeni tikiş müəssisəsi inşa edib. 2008-ci il sentyabrın 24-də fabrikin açılış mərasimi keçirilib. Mərasimdə ölkə başçısı cənab İlham Əliyev iştirak edib və işçilərə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.Hazırda həmin tikiş müəssisəsində idman, hərbi, uşaq və qadın geyimləri, kişi kostyumları və köynəkləri tikilir. Müəssisənin aylıq istehsal gücü 150 min geyim dəsti təşkil edir.Müəssisədə işçilərin işləməsi və dincəlməsi üçün hər cür şərait yaradılıb.