Ailə TV Xətai filialı xəritədə

Ailə TV Xətai filialı

Bakı, Əhmədli qəsəbəsi, Xətai rayonu, Sarayeva küçəsi, 13A AZ1131 *** 2 səs

Ailə TV Xətai filialı haqqında

Ailə TV ticarət nişanı, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət 1997-ci ildə təsis olunub və yarandığı ilk gündən geniş çeşiddə İT və telekommunikasiya xidmətləri göstərir. Öz fəaliyyətində yüksək texnologiyalardan istifadə edən şirkət, Ailə TV brendi ilə IP TV və kabel televiziyası, Ailə NET brendi ilə internet xidmətləri təqdim edir.“Caspian Telecom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.

Yarandığı ilk gündən etibarən, innovativliyə can atan, “Caspian Telecom” MMC, yerli TV və İnternet xidmətləri bazarında müxtəlif yeniliklərə imza atmaqdadır. Azərbaycanda ilk, rəqəmsal kabel televiziyası operatoru, Ailə TV, HD TV yayımı da tətbiq edən ilk milli brendir. Yerli TV kontentin və zəngin mədəni irsimizin dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımıza əlçatan olması məqsədilə Ailə TV, ən son Over The Top texnologiyası üzərindən IP TV xidmətlərinin də tətbiqinə başlamışdır.

Caspian Telecom TV və İnternet xidmətləri

“Caspian Telecom” MMC şəbəkəsinə daxil olan və abunəçilərə ən son texnologiyalara əsaslanaraq genişzolaqlı yüksəksürətli fiber-optik internet xidmətləri təklif edən daha bir brend, Ailə NET internet provayderidir. 5 mbit/s-dən 100 mbit/s -ə qədər itkisiz, yüksək sürətli internet xidmətləri göstərmək imkanına malik, Ailə NET internet xidmətindən Bakı və Gəncə şəhərinin əksər sakinləri faydalana bilərlər. Şirkət yarandığı ilk gündən cəmiyyətimiz qarşında olan sosial məsuliyyətinə xüsusi diqqətlə yanaşmağa çalışır və öz fəaliyyətinin xalqımızın milli mənafeyinə xidmət etməsində öz səylərini əsirgəmir.

“Caspian Telecom” MMC ilk növbədə öz abunəçilərini, habelə partnyorlarını hər zaman məmnun etməyə səy göstərir. Şirkətin əsas missiyası dünyanın müxtəlif güşələrində yaşayan hər bir Azərbaycanlını yükəsk keyfiyyətli TV kontenlə təmin etməkdir.
Davamlı olaraq təkmilləşmə və mükəmməlləşməni özü üçün başlıca meyar hesab edən Ailə TV effektivlik prinsipinə böyük önəm verir.