Ağsu Rayonu İcra Hakimiyyəti xəritədə

Ağsu Rayonu İcra Hakimiyyəti

Niyazi Tağızadə küçəsi, Ağsu, 5A AZ0600 *** 0 səs

Ağsu Rayonu İcra Hakimiyyəti haqqında

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.Ərazisi 1020 kvadrat kilometr, əhalisi 76,3 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 79 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 31 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur.

Ağsunun tarixi

Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. XVIII əsrdə mövcud olmuş şəhər öz adını "Ağsu çayı"ndan götürməklə mənbələrdə daha çox Ağsu kimi göstərilir. XVIIl əsrin yadigarı olan qədim şəhərinin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir.

Ağsu şəhəri son orta əsrlər Azərbaycanın ictimai-siyasi və hərbi həyatında mühüm rol oynamış şəhərlərdəndir.1734-cü ilin yayında Nadir Şah öz qoşunu ilə Şamaxıya doğru hərəkət etdi. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərə bildi. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir Şah 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın etdi, əhalisinin isə köçürülməsi əmrini verdi. Beləliklə, 1735-ci il may ayıının sonunda Şamaxı şəhərinin 4 ağaclığında (37 km), yeni şəhərin əsası qoyuldu. Şəhərin qədim əhalisi də tikilən bu yeni şəhərə köçürüldü. Bu dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu.

Ağsu şəhəri XVIII əsrdə dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Tez-tez köçürmələr, dağıntılar əhalinin bir şəhərdə yaşamaq ümidlərinə zərbə vururdu. Şəhər sakinləri bu səbədən yaraşıqlı binalar, məscidlər, türbələr, ictimai və rəsmi binalar tikməyə üstünlük vermirdilər.IX əsrin əvvəllərinə aid mənbələrdə adı çox hallanan Ağsu əsrin sonlarında az xatırlanır.Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu almışdır.1943-cü il oktyabr ayının 8-dən Ağsu ayrıca inzibati-ərazi rayonu kimi fəaliyyətə başlamışdır. 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.