Ağstafa Rayon Məhkəməsi xəritədə

Ağstafa Rayon Məhkəməsi

Heydər Əliyev prospekti, Ağstafa, 26 AZ1000 *** 1 səs

Ağstafa Rayon Məhkəməsi haqqında

Ağstafa Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağstafa rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Ağstafa rayonu və məhkəməsi haqqında məlumat

Ağstafa Rayon Məhkəməsi 27 avqust 1990-cı ildə yaranmış və Ağstafa Rayon Xalq Məhkəməsi adı ilə fəaliyyətə başlamışdır.Ağstafa rayonu 24 aprel 1990-ci ildə yaradılıb, rayon ərazisi 1504 kvadrat km-dir. 01 iyun 2011-ci il tarixə rayonun əhalisi 81514 nəfər olub. Ağstafa şəhərindən Bakıya qədər olan məsafə 461 km-dir.Rayonda məcburi köçkünlərin sayı 292 nəfər, qaçqınların sayı isə 1627 nəfərdir.Ağstafa rayonu Gürcüstan Respublikası ilə 107 km, Ermənistan Respublikası ilə 16 km məsafədə həmsərhəddir. Rayonun Tovuz və Qazax rayonları ilə sərhədləri vardır.
Ağstafa rayonunda 1 şəhər, 9 qəsəbə, 24 kənd inzibati ərazi dairəsi, 29 kənd yaşayış məntəqəsi mövcuddur.