Ağstafa Rayon İcra Hakimiyyəti xəritədə

Ağstafa Rayon İcra Hakimiyyəti

H. Arif küçəsi, Ağstafa, 3 AZ0500 *** 0 səs

Ağstafa Rayon İcra Hakimiyyəti haqqında

Ağstafa rayonu 24 yanvar 1939-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublika ərazisinin 1,74 hissəsini təşkil edən Ağstafa rayonun sahəsi 1504 km2 –dir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir.Rayonda bir şəhər (Ağstafa), 9 qəsəbə (Vurğun, Poylu, Şəkərli, Ceyrançöl, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Həzi Aslanov, Qarayazı) və 29 kənd var. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Ağstafa şəhəridir. 1941-ci ildə şəhər statusu almışdır. Okean səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (01.01.2013-ci il tarixə) 12716 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 450 km-dir.Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir.

Ağstafa inzibati rayonu

Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin yanvarın 24-də təşkil olunmuş, 1959-cu il dekabrın 4-də ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, İskra, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:

Kalininkənd – Vurğun qəsəbəsi adı ilə (1990-cı il),
Kirovkənd – Həsənsu kəndi adı ilə (1990-cı il),
Yenikənd – Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il),
Marsovka – Xətai kəndi adı ilə (1992-ci il)),
Oraq-Çəkic – Qaçaq Kərəm kəndi adlandırılmış,
V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.