Aqrokimya xəritədə

Aqrokimya

Bakı, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 93 AZ1141 *** 2 səs

Aqrokimya haqqında

Aqrokimya MMC 1991-cı ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsas işi respublikaya bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar idxal edib kənd təsərrüfatı müəssisələrinə və fermerlərə satmaqdan ibarətdir. «Aqrokimya» MMC dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və sair aqrokimyəvi məhsul istehsalçılarının rəsmi destribütorudur. Belə ki, İsveçrənin «Syngenta Agro AG», Almaniyanın “Bayer CropScience AG”, Amerika Birləşmiş Ştatlarının “DOW AgroSciences”, Türkiyənin «Koruma Klor Alkalı» şirkətlərinin bitki mühafizəsi vasitələrinin, İtalyanın “Valagro”, Belçikanın “Tessenderlo Group”, İsrailin «Haifa Chemicals”, Rusiyanın «Evroxim» şirkətlərinin yarpaq və kök gübrələrinin, İsveçrənin “Syngenta Seeds” şirkətlərinin bitki toxumlarının, Estonianın “Mikskaar” şirkətinin torf satışı üzrə distribyutorudur. Cəmiyyətdə bitki mühafizəsi ixtisası üzrə 2 nəfər elmlər namizədi, 5 nəfər alim-aqronom çalışır. Cəmiyyətin əsas məqsədi Kənd təsərrüfatı müəssələrinə və fermerlərə aqrokimyəvi xidmət göstərmək, ətraf mühütə zərər vermədən ekoloji cəhəttən təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək üçün aqrokimyəvi xidmətin yeniliklərini və qabaqcıl təcrübəni tədbiq etməkdir. Cəmiyyətin Tovuz rayonunda filialı,26-dan çox bölgə nümayəndəlikləri vardır.