AF Peyntbol Mərkəzi Novxanı xəritədə

AF Peyntbol Mərkəzi Novxanı

Bakı, Abşeron rayonu, Novхanı qəsəbəsi, Çimərlik yolu AZ0119 *** 2 səs

AF Peyntbol Mərkəzi Novxanı haqqında

Bakı şəhəri, Novxanı “Af Hotel & Aqua Park”da yerləşən “AF Peyntbol Mərkəzi” dövlət qeydiyyatına alınmış və 2013-cü ildən etibarən fəaliyyətə başlamışdır.

AF Peyntbol Mərkəzinin 2 döyüş məkanı vardır:

  • 2000 kvm ərazisi olan qapalı taktiki peyntbol məkanı;
  • 2500 kvm ərazisi olan açıq idman və taktiki peyntbol məkanı (hazır olacaq).

AF Peyntbol Mərkəzini ölkəmizin ən elit peyntbol mərkəzi adlandırmaq olar. Belə ki, əsasən elit təbəqə üçün nəzərdə tutulmuş bu mərkəz otelin daxilində səliqəli soyunub-geyinmə otaqları, duş kabinləri, təmiz texniki zona və yeni avadanlıqlarla təchiz olunmuşdur.AF Peyntbol Mərkəzinə giriş otelin əsas girişindəndir. Bundan savayı AF Peyntbol Mərkəzi TV layihələrinin təşkili üçün ölkəmizdə ən əlverişli məkan sayılır. Belə ki, məkanı tam əhatə edən işıqlandırma sistemi və TV operatorlar və fotoqraflar tərəfindən rahat və təhlükəsiz çəkilişlərin aparılması üçün hündür press güşəsi hazırlanmışdır.AF Peyntbol Mərkəzi sıx əməkdaşlıq etdiyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə bərabər bir-neçə dəfə TV aparıcıları, digər mətbuat nümayəndələri, estradamızın ulduzları və aktyorlar arasında (kişi və qadın) peyntbol üzrə turnir və yarışmaları möhtəşəm şəkildə təşkil etmişdir.