AER dondurma fabriki xəritədə

AER dondurma fabriki

Bakı, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 21 AZ1142 *** 2 səs

AER dondurma fabriki haqqında

“AER” firması 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsi tərəfindən qeydiyyata alınmış və ona Ş-27 saylı şəhadətnamə verilmişdi.Firmanın təsisçiləri Adil, Elşən, Rövşən Şərifov qardaşlarıdır. Firmanın dondurma üzrə əsas istehsal sahəsi Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi 21 ünvanında, DƏK-dən icarəyə götürülmüş 1500 kvm qeyri yaşayış sahəsində yerləşir.Bakı şəhərində 1 satış mərkəzi və 11 ekspedisiya xidməti vardır.Sumqayıt şəhərində 1 satış mərkəzi 3 ekspedisiya xidməti vardır. Respublikanın rayonlarında 20-dən çox satış mərkəzi fəaliyyət göstərir. 2007-ci ildən Gürcüstana dondurma ixrac edir.

AER firmasının fəaliyyəti

2003-cü ildə firma Danimarkanın Tetra Pak Hoyer şirkətindən İtaliyada istehsal olunmuş, tam yeni, Avropanın və dünyanın ən müasir texnologiyası ilə çalışan, komputer və robortlarla idarə olunan Straigtline 600 istehsal xətti almışdı.Avadanlıq aşağıdakı çeşidlərdə malları istehsal edə bilir:Vafli stəkan, Sendviç, Çubuqlu eskimo, Rulet tort, Batonla, Lakomka, Çubuqsuz “ Candy bar ”, Ailəvi (slitoklar), Krimankala, Çəki dondurmalar, Tortlar, Briket Hər bir çeşiddə 3- 7 növdə dondurmalar istehsal ede bilir.Avadanlığın istehsal gücü növündən asılı olaraq 1 saatda 5000 – 9000 ədəd dondurmadır.

Avadanlığın buraxdığı batonlar, ruletlər və lakomka dondurmaların 2007-ci ilə kimi Zaqafqaziyada analoq istehsalçısı mövcud deyildi.2006-cı ildə OLV universal dondurma xətti quraşdırılmışdır.Xəttin əsas skeleti Pribaltika istehsalı olan mexaniki hissə olmasına baxmayaraq onun qablaşdırılma hissəsi müasir olaraq Ukrainadan gətirilmiş, soyutma hissəsi Avropanın ən müasir avadanlıqlarından yığılmışdır. Bundan əlavə həmin xətdə əlavələr edilməklə və OLB dəzgahları qoyulmaqla avadanlığın funksiyası artmaqla vafli stəkandan əlavə briket istehsalı da həyata keçirilir.Qazaxstan Respublikasında artıq firmanın filialı açılmışdır.

  • OLB-dən istehsal olunanlar: Plombir, Qaymaqlı.
  • OLB-dən istehsal olunanlar: Briket xətti (Spark)
  • Straight Line-da istehsal olunanlar :Batonlar, Sendviçlər, Eskimolar, Rulet, Slitoklar, Çəkilər.