ABSHERON Hotel Group-un mədəniyyət paradiqması müstəsna maddi yaradıcılıq nümunələri, həmkarlarımızın münasibəti, bizim dəyərlərimiz, inandıqlarımız və etdiyimiz hər işdə uğur qazanmaq istəyimizin vahid kompozisiyasıdır. Bizim missiyamız Əməkdaşlarımız, Qonaqlarımız, Tərəfdaşlarımız və Cəmiyyət üçün yeni dəyərlərə malik yüksək keyfiyyətli həyat tərzi məhsulları və xidmətlərinin unikal kolleksiyasını təklif edən otellərin idarəedilməsi üzrə dünya səviyyəli şirkət yaratmaqdır.Qonaqlarımız, əməkdaşlarımız və tərəfdaşlarımız üçün innovativ və zəngin təcrübə yaratmağa çalışarkən biz eyni zamanda ətraf mühitin mühafizəsi və qorunması və onun uzunmüddətli davamlılığına töhvə vermək üçün müvafiq biznes təcrübələri yaratmağa səy göstəririk.
Hazırda ABSHERON Hotel Group Azərbaycanın paytaxtında beynəlxalq otel idarəetmə şirkətləri tərəfindən müvəffəqiyyətlə idarə edilən Four Seasons və JW Marriott Absheron otellərinin sahibkarıdır. ABSHERON Hotel Group gələcək illərdə davam edəcək və daha da inkişaf edəcək bu tərəfdaşlıqdan qürur duyur və bu otellərin sahiblərinin nümayəndələri ilə birlikdə fəaliyyət göstərir.