Inturist Oteli xəritədə

Inturist Oteli

Bakı, Səbail rayonu, Mikayıl Hüseynov prospekti, 51 AZ1000 *** 2 səs

Inturist Oteli haqqında

İnturist Otel Bakı ən müasir komfortu və bundan əlavə ən yüksək lyuksun yeni görkəmini - sükütu və rahatlığı təmin edir. Aradığınız nə olursa- bizim müxtəlif məqsədli görüş və nahar otaqlarımızdan incə zövq nümayiş etdirən spa və fitnes mərkəzinə kimi biz sizə ən yaxşı təcrübəni yaşadacağıq. Hər bir otağımız bütün müasir avadanlıqlarla təchiz olunmuşdur:

  • Fərdi temperatur nəzarəti
  • Kabel və peyk televiziyası və geniş kanal seçimi imkanı olan 42″ düz ekran TV
  • Beynəlxalq data portları və simsiz internetə çıxış
  • Otaq-içi təhlükəsizlikəmanət qutusu
  • Minibar, çay və qəhvə avadanlıqları
  • Elemis tərəfindən təchiz edilmiş xüsusi hamam otaqları və yağış duşu
  • Fen, ütü və ütü lövhəsi
  • Bornoz və başmaqlar
  • iHome dok stansiyası
  • Qeyri-allergik yastıq, körpə beşikləri və əlavə çarpayı (öncədən xahiş etməklə)
  • 24 saat fəaliyyət göstərən otaq xidmətləri

Xidmət sahələrimiz və imkanlarımız:

  • 24-saatlıq konsyerj masası və otaqda nahar
  • Kitabxanada İnternet küncü
  • Nəqliyyat xidməti (avtobus və limuzin xidmətləri)
  • Yeraltı qızdırılmış təhlükəsiz qaraj
  • Spa və sağlamlıq mərkəzi
  • Velosipedlərin ödəməsiz icarəsi
  • Körpələr mərkəzi və uşaq baxıcılığı xidmətləri
  • Xəzər Dənizinin əsrarəngiz mənzərəsini təmin edən geniş terras
  • Gündəlik otaq yığışdırma xidməti
  • Bütün kompyuter xidmətləri- kopya və faks makinası, kompyuter xidməti ilə təchiz olunmuş biznes mərkəzi
  • Paltar yuma, quru təmizləmə və ütüləmə
  • Geniş çeşidli seçilmiş kitablar ilə dolu kitabxana

Inturist Otelinin otaqları

Dəniz mənzərəsinin yaratdığı romantika əvəzedilməzdir. Eyvanınıza çıxarkən gözləriniz Milli Bayraq Meydanından sağa doğru Bakı körfəzindən keçib Bakı Portuna sataşanadək mənzərədən zövq alacaq. Xəzər dənizinin mavi suları isə ulduzlar kimi sayrışaraq sizə sükut və ilham gətirəcək.Bizim qonaq otaqlarımız və lyukslarımız Sizə unudulmaz rahatlığı və gözoxşayan incəliyi yaşatmaq üçün dizayn olunublar. Xüsusi sifarış edilmiş mebel, dolayı işıqlandırma, ahəng rəng palitrası, hamam otaqlarını əhatə edən şüşə ayırmalar müasir, geniş və rahat mühit yaradır. Səsə davamlı ikiqat şüşə pəncərələr qonaqları məşğul şəhər həyatından ayırmaq üçün sükütu və xüsusi qayğını təmin edir. Hamam otaqları geniş duş və xüsusi aksessuarlar ilə zənginləşdirilmişdilər. Otaqların dizaynı son texnologiyaları əks etdirərək, birbaşa Xəzər dənizi mənzərəsini təmin edir, bəziləri isə şəhərə və ətrafdakı landşafta baxır.